Məqalələr‎ > ‎

“Yerli özünüidarəetmədə gənclərin rolu”

1 Şub 2021 01:36 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Şub 2021 01:47 güncellendi ]
Yanvarın 29-da 
Azərbaycan Respublikası 
Milli Məclisinin 
Gənclər və İdman Komitəsinin, 
Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə 47 şəhər, 
qəsəbə və kənd bələdiyyəsinin gənclərdən ibarət təmsilçilərinin 
iştirakı ilə “Yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda 
“Zoom” platformasında 
video-konfrans təşkil edilib. 


        Tədbirdə Şəki Bələdiyyəsinin ən gənc üzvü, bələdiyyənin sədr müavini Səyyarə Musayeva da iştirak edib. O, konfrans barədə qəzetimizə aşağıdakıları söylədi.

        Konfransı Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının koordinatoru, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov açıb. O, tədbirin 2 fevral – Azərbaycan Gənclər Günü ərəfəsində keçirilməsinin əhəmiyyətindən və bələdiyyələrin fəaliyyəti zamanı gənc bələdiyyə üzvləri üçün yaradılmış geniş imkanlardan danışıb.
        Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov, Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev tədbirdə çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki 44 günlük hərbi əməliyyatlar dövründə hər bir azərbaycanlının, xüsusən də gənclərin milli birlik nümayiş etdirdiklərini vurğulayıblar. Dövlətimizin başçısının respublikamızda apardığı çoxsahəli gənclər siyasəti, həmçinin bələdiyyə üzvlərinin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrinin gənclər tərəfindən daha səmərəli yerinə yetirilməsinin vacibliyi qeyd olunub və praktiki təkliflər irəli sürülüb.
        Milli Məclisin komitə sədrinin müavini Şahin İsmayılov xüsusi olaraq onu da qeyd edib ki, möhtərəm Prezidentimizin gənclər siyasətinə uyğun olaraq yerli özünüidarəetmədə gənclərin roluna diqqət etməliyik. Onların fikirlərini dinləməli və yeni ideyalarını dəyərləndirməliyik.
        Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin Regional məsələlər Komitəsinin üzvü Kamran Bayramov Prezidentin yerli səlahiyyətli nümayəndələr haqqında fərmanının bələdiyyələr üçün ümid doğurduğunu qeyd edib.
        Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev təmsil olunduqları qurumların fəaliyyəti barədə məlumat verib, gələcəkdə yerli özünüidarəetmə sahəsində çalışan gənc bələdiyyə üzvlərinin reallaşacaq yeni layihələrdə iştirakları ilə bağlı təkliflərini səsləndiriblər.
        Ümumiyyətlə, tədbirdə Vətən Müharibəsində qazandığımız tarixi zəfərimiz və Azərbaycan gəncliyi, yerli özünüidarəetmədə gənclərin iştirakı zamanı onların rastlaşdıqları problemlər və onların aradan qaldırılması yolları, 2021-ci ildən gözləntilər, “Nizami Gəncəvi ili”ndə bələdiyyələrdə görüləcək işlər və yeni layihələrin reallaşdırılması, gənclərlə iş komissiyalarının yaradılmasının zəruriliyi və digər məsələlər müzakirə olunmuşdur. Müzakirəyə çıxarılmış sözügedən məsələlərlə bağlı irəli sürülmüş təkliflər video-konfransın təşkilatçıları tərəfindən qeydə alınmış və bələdiyyələrin fəaliyyətində əsas kimi götürülməsinin zəruri olduğu qeyd edilib.
        Bundan əlavə, video-konfransda işğaldan azad olunmuş bölgələrimizdə bələdiyyələrə dəstəyin vacibliyi qeyd olunub və təklif edilib ki, məcburi köçkün və qaçqlnları bələdiyyələrə dəvət edərək, onlarala bələdiyyələrin fəaliyyəti ilə bağlı keçirilsin. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev və digər konfrans iştirakçıları dəstəkləyici fikirlər səsləndirdilər.
        Daha sonra mövzu ətrafında müzakirələr aparılıb. Milli Məclisin üzvləri, gənclər təşkilatlarının və Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri videokonfrans iştirakçılarının suallarını cavablandırıb və tövsiyələrini veriblər.
        Bildirilib ki, bu silsilədən olan tədbirlər müntəzəm davam etdiriləcək.
        Sonda iştirakçılar gənc bələdiyyə üzvlərinin, eləcə də bütün gənclərin 2 fevral gənclər gününü təbrik edərək konfransı yekunlaşdırıblar.
        Onu da qeyd edək ki, konfransda ən çox bəyənilən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılovun bələdiyyələrin tərkibində Gənclər Komisiyyasının yaradılması təklifi olub.
Murad NƏBİBƏYOV,
Şəki Blədiyyəsi Mətbuat və ictimaiyyətlə 
əlaqələr şöbəsinin müdiri