Məqalələr‎ > ‎

Azərbaycanlı gürcünün 60 yaşı tamam oldu

2 Şub 2021 23:05 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 3 Şub 2021 00:49 güncellendi ]
Giya Alvazoviç Paçxataşvili – 
dostları və həmkarları onu 
Givi çağırır. 

Kimdir Givi?

Givi Ağ adamdır, Ağ divdir, Fosfor adamdır... və...

Və 3 dildə səlis danışıb-yazan şairdir, yazıçıdır, jurnalistdir, tərcüməçidir... və...

Və gözəl insandır, səmimi dostdur, dəyərli yoldaşdır... və...

Və Azərbaycanlı GÜRCÜDÜR!


        Giya Paçxataşvili 1961-ci il yanvarın 29-da Şəkinin ən yaxın qonşusu olan Qaxda dünyaya göz açıb. Orta təhsilini Bakıdakı Gözdən əlillər üçün olan xüsusi internat məktəbində aldıqdan sonra, 1981-ci ildə ali məktəbə qəbul olub və o vaxt Azərbaycan KP-nin birinci katibi olan Heydər Əliyevin Sərəncamı ilə seçilmiş tələbələr qrupuna daxil edilib, SSRİ-nin paytaxtı Moskva şəhərindəki M.L.Lomonosov ad. Dövlət Universitetinə göndərilib. Universiteti bitirdikdən sonra Azərbaycana qayıdıb və Bakıda əmək fəaliyyətinə başlayıb.
        Bu gün Givini Azərbaycanda tanımayan insanları barmaqla saymaq olar. Onun haqqında və özünün ssenari əsasında çəkilmiş “Ağ adam” (“Fosfor adam”) filminin Givinin daha çox insana tanıdılmasında xüsusi yeri var.
        Givi həm də bizim Şəkiyə bağlı insandır, Şəkini o qədər sevdi, o qədər gəlib-getdi ki, sonda şəkili qızı Xatirə xanımla ailə həyatı qurdu. İndi onların çox mehriban, həsəd aparılası ailə həyatı var.
        “Şəki Bələdiyyəsi”ni də Givi özü üçün doğma qəzet hesab edir. Vaxtaşırı onun haqqında olan və onun yazdığı məqalələrin qəzetimizdə dərc edilməsi onun şəkililərin sevimlisinə çevrilməsinə gətirib çıxarıb.
        Şəki Bələdiyyəsinin kollektivi, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həsəb bəy Zərdabi” mükafatı və “Səməd Vurğun” medalı laureatı Giya Paçxataşvilini bütün şəkililər adından anadan olmasının 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti və yaradıcılığında daha böyük uğurlar arzulayır.
Murad NƏBİBƏYOV,
"Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru
         
Giya Paçxataşviliyə ünvanlanan TƏBRİKLƏR: