Şəki şəhər 113 saylı Seçki dairəsindən Milli Məclisə seçilmiş deputat Vüqar İskəndərov yanvar ayı ərzində ikinci dəfə seçiciləri ilə görüş keçirib. Newspress.az xəbər verir ki, müraciətlər əsasən məşğulluq, sosial müdafiə, səhiyyə və s məsələlərlə bağlı olub. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlər isə aidiyyatı üzrə yönləndirilib. Deputat həmçinin 2021-ci ildə Şəki şəhəri ilə bağlı həyata keçiriləcək layihələr haqqında da seçicilərə məlumat verib. Qeyd edək ki, deputatla vətəndaşlar arasında görüş mütəmadi olaraq həyata keçirilir. Növbəti aylarda da bu cür qəbulların keçirilməsi nəzərdə tutulub. |
Məqalələr >