Vətən müharibəsində düşmənə qarşı mərdliklə döyüşüb evinə qayıdan, Şəkinin Oxud kəndindən olan qazi Samir İsayevin həyat yoldaşı, həvəskar-şairə Gülü Qurbanqızının QAZİMİZƏ həsr etdiyi "ƏSGƏRİM" şeiri. ƏSGƏRİM Üşüyürmü silah tutan əllərin? Əllərinə qurban olum, əsgərim ! Qar-şaxtadan buz bağlayıb tellərin, Tellərinə qurban olum, əsgərim ! Gözüm yolda, qulaq səsdə qalmışam, Hər xəbəri qaçırmayıb, baxmışam. Sən gələnə qədər oruc tutmuşam, Qələbənə qurban olum, əsgərim ! Mənə nə söz verdiyini unutma, Indi hünərin var, sözünü tutma ! Bugün- sabah deyib məni ovutma, Yollarına qurban olum, əsgərim ! Qələbə çalmadan dönmərəm dedin. Vətənini , torpağını çox sevdin. Könüllü yazılıb döyüşə getdin. Mərdliyinə qurban olum, əsgərim ! Sən gedəndən, hey yuxuma gəlirsən, Röyamda da danışırsan, gülürsən. Bilirəm, mənim tək sən də sevirsən, Ürəyinə qurban olum, əsgərim ! Gəldiyini eşidəndən çaşmışam, Qəm-kədərdən uzaqlaşıb, qaçmışam. Dəli Kürəm, coşub yaman daşmışam, Şadlığına qurban olum, əsgərim. Xoş gəlişin, xoş qədəmin mübarək ! Hər kəs səni qarşılayır sevərək ! Doğmalar qoç kəsir niyyət edərək, Qurbanına qurban olum, əsgərim ! Alın açıq, başı uca gəlmisən, Torpağını qeyrət, namus bilmisən. Atana, anana qürur vermisən, Qeyrətinə qurban olum, əsgərim ! Dualarım , arzularım çin oldu ! Gülünün gözləri sevincdən doldu ! Sən gedən yol, çox qürurlu yol oldu ! Bayrağına qurban olum, əsgərim ! Torpağına qurban olum, əsgərim ! Varlığına qurban olum, əsgərim ! |
Poeziya >