Xəbərlər‎ > ‎

Bələdiyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi təklif edilir

5 May 2021 00:34 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 7 May 2021 01:28 güncellendi ]
"Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: 
mövcud vəziyyət və qarşıdakı vəzifələr" mövzusuna 
həsr edilmiş 
videokonfrans keçirilmişdir.
Konfransda Şəki Bələdiyyəsi 
sədrinin müavini 
Səyyarə Musayeva da 
iştirak etmişdir.  


        Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzovun, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin, Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri, Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayevin, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramovun  Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynovun da iştirak etdikləri tədbirə Milli Məclisin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Bələdiyyə İşçiləri Həmkarlar Komitəsinin, Milli Assosiasiyaların nümayəndələri, eyni zamanda bələdiyyə sədrləri də qatılmışlar.

        Açılışı deputat Siyavuş Novruzov etdi. 
        O sözlərinə Zərifə Əliyevanın doğum günü il dönümünü xatırlatmaqla başladı. Bu gün yaşadığımız 44 günlük müharibənin qürurunu yaşadan möhtərəm prezidentimizin məhz ulu öndər Heydər Əliyev və Zərifə Əliyeva kimi dəyərli möhkəm köklərdən gəldiyini vurğuladı.
        Prezidentimizin davam etdirdiyi siyasət sayəsində bu gündə Azərbaycanın necə inkişaf etməsindən söz açdı.

       
Tədbir iştirakçıları fürsətdən istifadə edərək, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənovu MSK üzvü seçilməsi münasibəti ilə təbrik etdikdən sonra tədbir öz işınə davam etdi.

        
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev iştirakçıları salamladı. O, Türk Dünyası Bələdiyyələr Birliyində erməni soyqırımının tanınmasını qınadı və buna görə öz bəyanatlarını yaydıqlarını diqqətə çatdırdı. T.Tağıyev onu da vurğuladı ki, bu birliyin əsasını ulu öndər Heydər ƏliyevSüleyman Dəmirəl qoymuşdur. 

    
    
Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri, Regional Məsələlər Komitəsinin üzvü, deputat Tahir Rzayev bələdiyyə üzvlərindən olan 44 günlük müharibədə şəhid olmuş şəxslərin xatirəsini yad etməklə sözlərinə başladı. Bələdiyyə və vətəndaş arasında müəyyən tədbirlərin keçirilməsindən və gördüyü işlərin təbliğatının önəmini diqqətə çatdlrdi. 
        Eləcə də işğal olunmuş ərazilərdə bələdiyyələr olaraq meşə zolağının salınması və ya bağça tikilməsi kimi işlərin görülməsinə təşəbbüsün önəmini vurğuladı

        Daha sonra söz 
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədova verildi. O, öz çıxışında qeyd etdi ki, bələdiyyələrin maliyyə vəziyyətindəki problemlər nəzərə çarpandır. 1000-dən yuxarı bələdiyyənin statistik göstəricilərinə əsasən 7000000 DSMF borcu olduğunu vurğuladı. Bundan daha artlq əmək haqqı borclarının olduğunu, yerli büdcə xərclərinin 2020-ci il üçün 67.5 % idarəetmə xərcləri olduğunu dedi. Bu xərclərdə artım müşahidə olunmasının qarşını almaq üçün bir sıra tədbirlərin önəmini vurğuladı. 
        Bələdiylərin nəinki kreditor eləcədə debitor borclarının olduğunu və və vergi və ödənişlərin ciddi münasibət göstərilməməsindən danışdı. Bu istiqamətdə atılan addımların Binəqədi və Nəsimi bələdiyyələrin pilot bələdiyyə kimi seçilməsindən və inkişaf yolundan atılan bir slra adıımlardan bəhs etdi. Bununla belə, ədliyyə və bələdiyyə arasında portalın yaradıldığını və bunun da elektron səviyyədə inkişaf olduğunu və əhəmiyyətini də vurğuladı.

        
Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsinin üzvü, deputat Kamran Bayramov öz çıxışında qeyd etdi ki bələdiyyələrin inkişaf perspstektivini dumanlı görür. Ölkəmizin inkişaf etdiyindən halbuki bələdiyyə sisteminin arzuolunan səviyyəyə çatmadığına dair narazılığını dilə gətirdi. O öz nitqində maliyyə və iqtisadi potensialı nəzərə alaraq, seçilmiş üzv və sədrlərin aktivliyinin bu kimi promlərin həllinə kömək edə biləcəyindən danışdı. Günümüzdə olan problemlərin qanunvericilikdə deyil daha dərin səviyyədə səbəblərinin axtarılmalı olduğunu qeyd etdi.Elektron xəritələrin hazırlanmaması və plenar iclasda bu məsələyə baxıldğından da söz açdı. O qeyd etdi ki bu məsələ prezidentin sərəncamına əsasən 2020-ci ilin sonuna həll olunmalı idisə də bu gün hələdə bu problemlə üzləşməkdə davam edirik.DSMF sərəncamlarına görə hesabların bağlı olmasını da göz önünə gətirərək günümüzdə bələdiyyələrin işgörmə qabiliyyətinin çətinləşdirdiyini də qeyd etdi. 

        Çıxışlardan sonra tədbirə qoşulan iştirakçılar bələdiyyələrin problemlərindən söz açdılar. 

        Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov sənədsiz evlərin sənədləşdirilməsi məsələlərinin qanunvericilik təşəbbüsü ilə kömək edilməsini xahiş etdi. Sənədsiz evlərin inzibati ərazi xəritəsinin olmamasının günümüzdə vergi yığımına problem yaratdığından söz açdı.

        Samux Sərkər bələdiyyəsinin sədri Şəmistan Yusifov bu gün torpaq alqı satqısı zamanı, icarəyə torpaqların verilməsi zamanı bir sıra çətinliklərin olduğundan və bir sənədi alarkən bir neçə yerdən rəy alınmaslndan proseslərin uzunluğundan söz açdı.

        Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev bir neçə problemlərdən danışdı. O, öz çıxışında qeyd etdi ki BAMS proqramı bu gün heç bir portala inteqrasiya edilməyib. Hətta vergi məsələrinin dürüstlüyü üçün Əmlak Mələsləri Dovlet Komitəsinin də saytına inteqrasiya etməməsi çətinlik doğurduğunu söylədi. Və qeyd etdi ki Əgər bu gün işğaldan azad olunmuş bölgələrdə ağıllı kənd ağıllı şəhər proyektləri icra olunursa, bu gün bizim belə proqramlardan əziyyət çəkməməliyik.

        Quba bələdiyyəsinin sədri Humayə Məmmədova rəhbərlik etdiyi bələdiyyənin gördüyü işlərdən danışdı.

       
Tədbirin sonunda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov bələdiyyə işçiləri peşə bayramı gününün təsis edilməsini təklif etdi.

        Konfransda səsləndirilən fikirləri Siyavuş Novruzov ümumiləşdirərək bildirdi ki, söhbət açılan problemlərin araşdırılması ilə bağlı qrupu yaradılaraq həlli istiqamətində addimlar atılacaqdır.