Xəbərlər‎ > ‎

Rusiyanın Azərbaycandakı səfiri Şəkiyə səfər edib

6 May 2019 01:50 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 May 2019 01:54 güncellendi ]
        Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Şəki şəhərinə səfər edib.

        Səfər çərçivəsində mayın 2-də səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. Görüş zamanı icra başçısı qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə danışıb, icra olunan layihələr barədə məlumat verib.
Səfir Mixail Boçarnikov Şəkidə olmağından məmnun olduğunu, qədim tarixi olan Şəki şəhərinin onda yüksək təəssürat oyatdığını bildirib.

        Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
        Sonda qarşılıqlı şəkildə hədiyyələr təqdim olunub.
        Şəki şəhərinə səfəri çərçivəsində səfir Mixail Boçarnikov həmçinin Şəkinin tarixi məkanları ilə tanış olub.

Mənbə: http://sheki-ih.gov.az/