Xəbərlər‎ > ‎

Şəkidə bu günədək 1623 tibb işçisi peyvənd olunub

26 Oca 2021 00:42 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 26 Oca 2021 00:42 güncellendi ]
Koronavirus pandemiyasının 
qarşısının alınması məqsədilə 
ölkəmizdə həyata keçirilən 
vaksinasiya tədbirləri çərçivəsində 
Şəki rayonunda da əhalinin 
COVID-19 infeksiyasına qarşı 
peyvənd olunması 
prosesi davam edir.




        Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə 5 xüsusi vaksin otağı ayrılıb. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçilərinin peyvəndlənməsi həyata keçirilir. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksin effektivliyi ilə digərlərindən seçilir. İlkin olaraq rayona 2660 doza vaksin gətirilib. Vaksinasiya kampaniyasının əvvəlindən bu günədək rayonda 1623 tibb işçisinə peyvəndin birinci dozası vurulub və proses davam edir. Peyvəndin ikinci dozası 21 gündən sonra vurulacaq.
        Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilən heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Mustafa Dadaşov,
Şəki, 26 yanvar,  AZƏRTAC