Şəki Bələdiyyəsi yerli özünüidarə orqanı kimi 1999-cu ildən fəaliyyət göstərir. 17 üzvü var. Şəki Bələdiyyəsinin strukturunu şəkildəki sxemdəki kimi göstərmək olar.
   Sxemdən göründüyü kimi bələdiyyə sədrinin birinci müavini maliyyə və tikinti, müavinləri isə müvafiq olaraq sosial və ekologiya məsələlərinin həlli ilə məşğul olur.
    Şəki Bələdiyyəsi öz inkişaf səviyyəsinə, kadr potensialına, həyata keçirdiyi layihələrin aktuallığına, eləcə də, ölkənin ictimai – siyasi həyatında oynadığı əhəmiyyətli roluna görə respublikada önəmli yerlərdən birini tutur. 
    Bələdiyyə səlahiyyətlərinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə verilmiş qərarların həyata keçirilməsinə yardım göstərməsi, bələdiyyənin tabeçiliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün beş daimi komissiya yaratmışdır. Bu komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlər nəzərə alınmışdır. Кomissiyaların əsas vəzifələri bunlardır...  Ardına bax: >>

Xəbərlər

  • Bələdiyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi təklif edilir "Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr" mövzusuna həsr edilmiş videokonfrans keçirilmişdir.Konfransda Şəki Bələdiyyəsi sədrinin müavini Səyyarə Musayeva da iştirak etmişdir.          Azərbaycan Respublikası Milli Məclisinin Regional ...
    7 May 2021 01:28 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəki Bələdiyyəsi onlayn iclasda iştirak etmişdir Aprelin 20-də Şəki Regional Ədliyyə İdarəsi onlayn iclas keçirmişdir.                 Tədbiri idarənin rəisi Abdulla Yusifov Nizami Gəncəvinin sözləri ilə açaraq, bildirdi ki, dahi şairin yubileyləri ölkəmizdə həmişə böyük təntənə ilə ...
    21 Nis 2021 01:48 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəki Bələdiyyəsinin 2020-ci il büdcəsinin icrası haqqında Şəki Bələdiyyəsinin 2020-ci üçün nəzərdə tutulmuş büdcəsinin icrası bələdiyyənin 27 yanvar 2021-ci il tarixdə keçirilmiş 02 saylı iclasında                                     təsdiq edilmişdir.                                                           İclasda məlumat verilmişdir ki, Şəki Bələdiyyəsinin 2020-ci ...
    18 Mar 2021 02:18 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəki Bələdiyyəsində Xocalı soyqırımı yad edildi "Bütövlükdə Azərbaycan xalqına qarşıyönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir ...
    25 Şub 2021 03:26 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəkidə əsas kapitala 154,5 milyon manatdan çox investisiya yönəldilib         Ötən il Şəki rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 154 milyon 559,2 min manat investisiya yönəldilib. İnvestisiyaların 136 milyon 965,6 min ...
    11 Şub 2021 23:02 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəkidə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə onlayn tədbir keçirilmişdir         Fevral ayının 1-də Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şəkidə 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə onlayn tədbir keçirilmişdir.        Tədbirdə Şəki ...
    11 Şub 2021 23:43 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəkidə bu günədək 1623 tibb işçisi peyvənd olunub Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şəki rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.        Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə ...
    26 Oca 2021 00:42 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəki Bələdiyyəsinin 2021-ci il üçün BÜDCƏSİ
    1 Oca 2021 03:01 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb         Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladları hər ...
    10 Ara 2020 23:33 tarihinde Murad Nabibekov tarafından yayımlandı
310 / 1 - 9 yayın gösteriliyor Daha fazla görüntüle »

Məqalələr

  • Şəki ilə qardaşlaşmış ŞƏHƏRLƏR         Qardaş şəhərlər - coğrafi olaraq bir birindən uzaq olan yaşayış məskənlərinin mədəni və ticarət əlaqələri ilə ortaya gətirdikləri birlikdir.         Qardaşlaşmış şəhərlərin ilkin bəsit forması Avropada Alman şəhəri olan Padernborn və Fransız şəhəri Le-Mans arasında 836-cı ildə olub. Müasir qardaşlaşmış şəhərlərin inteqrasiyası ilk dəfə I Dünya müharibəsindən sonra 1920-ci ildə Keighley və Poix-du-Nord şəhərləri arasında baş tutub.         II Dünya müharibəsi zamanı Avropada antihitler koalisiyasına üzv dövlətlərin bəzi şəhərləri dostluq və əməkdaşlıq əlaqələri yaratmışdılar. Konkret olaraq, 1942-ci ildə SSRİ-nin Stalinqrad və İngiltərənin Kantri şəhərləri arasında bü cür münasibətlərin əsası qoyulmuşdu.         Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası 1957-ci ildə Fransada yaradılmışdır. 1957-ci ildən sonra isə şəhərlərin qardaşlaşması rəsmiləşdirilməyə başladı. Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil ...
    5 Ağu 2021 02:32 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • “Vaqif Aslan qələmi” Dünyanı gəzir Şair, yazıçı-dramaturq Vaqif Aslanın “Ruhlarla söhbət” poeması türk və özbək dillərində işıq üzü görüb.Murad NƏBİBƏYOV,"Şəki Bələdiyyəsi" qəzetininbaş redaktoru        Şair Vaqif Aslanın “Ruhlarla söhbət” poeması Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Anadolu türkcəsinə çevrilib nəşr edilmişdir.        Azinforum.az saytının yazdığı məqalədə diqqətə çatdırılır ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) Şəki bölməsinin sədri, şair Vaqif Aslan əcdad məzarlarından başlayıb ən qədim insan məskənlərindən Qobustana və Azıx mağarasınadək mənbələr və salnamələr əsasında səyahət edərək bu fəlsəfi əsəri ərsəyə gətirmişdir. Yazılı mənbələrin tükəndiyi məqamlarda Azərbaycan türkcəsində indinin özündə də işlənməkdə olan söz və ifadələrdən canlı və əyani sübut kimi istifadə edən müəllif ümumtürk təfəkkür tərzinin tarixi – genetik mənzərəsini yaratmağa çalışmışdır.         Əsərdə sovet dönəmində türk xalqlarının necə bir ...
    6 May 2021 01:10 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • 31 Mart soyqırımı bəşəri cinayətdir Martın 30-da Şəki Bələdiyyəsinin kollektivi 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirib.         Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Şəki Bələdiyyəsinin sədri Mayis Allahverdiyev açaraq, Vətənimizin tarixində xoş günlərlə yanaşı, ağrılı-acılı anların da çox olduğunu diqqətə çatdırdı. O, ən xoş günlərdən biri kimi ötən il müzəffər Azərbaycan Ordusunun erməni faşizmi üzərində çaldığı qələbə münasibəti ilə Zəfər Paradı keçirilmiş 10 noyabr tarixini xatırlatdıqdan sonra , 1918-ci ilin 31 mart-4 aprel tarixlərində erməni millətçiləri tərəfindən törədilən qətliamı xalqımızın ağrılı-acılı günlərindən biri kimi qələmə verdi. Bələdiyyə sədri 102 il bundan qabaq həyata keçirilmiş soyqırımı barədə məlumat verərək, həmin gün on minlərlə günahsız azərbaycanlının yalnız müsəlman-türk olduğuna görə qətlə yetirildiyini ...
    31 Mar 2021 00:09 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Su həyatdır, su dirilikdir... Sərxan ÇİNGİZ,                                                                                         Deputat və həyat Akif SALAM Xalqımız həmişə suya da, çörək kimi qəlbi ehtizaza gətirən hörmət və ehtiram bəsləyir. Susuz ərazilərə su çəkmək, insanlara su vermək savab iş hesab olunur.         Bu ilin Novruz bayramı ərəfəsində deputat Cavanşir Feyziyev, Aşağı Küngüt kəndinin sakinlərinə 30 tonluq su çəni alıb verməklə daha bir bölgəyə həyat vermiş, daha bir xeyriyyə tədbirinə imza atmış oldu. Onu da qeyd edək ki, bu, Cavanşir müəllimin həmin kəndə bağışladığı 3-cü su qurğusudur. Bundan əvvəl isə deputat həmin kəndin mərkəzində 150-yə yaxın ailə üçün bir artezian quyusu qazdırmış, başqa bir ərazidə isə yenə 100-ə yaxın ailə üçün 60 tonluq su çəni alıb vermişdir.         Bəli, hər bayram ərəfəsində seçicilər deputatdan hər hansı bir hədiyyə gözləməyə adət ...
    28 Mar 2021 07:18 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Ya qaydalara riayət etməli, ya da ğöz yaşlarımızı silməyə hazır olmalıyıq! Son günlər bütün ölkəmizdə olduğu kimi Şəkidə də Covid-19-a yoluxanların sayında artım müşahidə olunmaqdadır. Daşqın MİKAYILOV        Səbəblərdən biri kimi əhalinin qaydalara riayət etməməsidirsə, digər əsas səbəb bu xəstəliyin mövsümi olması, xüsusilə mart-aprel aylarında daha sürətlə yayılmasıdır. Bu aylarda təbii ölüm sayının artmasına paralel olaraq yas mərasimlərinın də çoxalması yoluxma riskini daha da artıran əsas səbəblərdəndir.         Eyni zamanda bayram münasibəti ilə istirahət günlərinin olması və istər paytaxtdan, istərsə də digər rayonlardan Şəkiyə gələn yerlı turistlərın sayının həddən artıq olması, həmin vətəndaşların vırus daşıyıcısı olub-olmaması barədə məlumatların yoxluğu və hazırkı şəraitdə nəzarətin mumkünsüzlüyü də yayılmaya öz təsirini göstərə bilər.         Yaranmış vəziyyətlə əlaqədar olaraq Şəki Şəhər İH yanında yaradılan Operativ Qərargah tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərin ...
    28 Mar 2021 07:03 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • ŞƏKİLİ QƏHRƏMAN - O, 8 nəfər döyüşçü yoldaşının həyatını xilas edən "Qumbara TƏRLAN"dır Döyüş meydanında can versə insan Xoşdur, namərdliklə qoyub qaçmaqdan. Sədi Şirazi         Türk milləti yaranışından öz qəhrəmanlıq səlnamələri ilə bütün dünyanı heyrətə gətirmiş, yüz illərlə azadlıq və torpaq uğrunda apardığı müharibələrdə öz igidləri ilə digər millətlərə nümunə olmuşdur. Azərbaycan xalqının da qatı düşmənə qarşı apardığı məlum 44 günlük müharibə bir daha sübut etdi ki, türkü məğlub etmək olmaz. 44 gündə döyüş meydanında Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqları, şücaəti sayıb qurtarmaq mümkün deyil. Təkcə Vətənimizin dilbər guşəsi Şuşanın alınması bütün dünyaya sübut etdi ki, Azərbaycan əsgərinin keçə bilmədiyi sədd yoxdur. Bu yazıda haqqında söhbət açacağımız əsgərimizin göstərdiyi qəhrəmanlıq isə artıq bir dastana, baş vermiş bir əfsanəyə çevrilib.         Həqiqətən ataların, xalqın qəhrəmanı olmaq üçün mütləq əldə qılınc olması vacib deyil – deyimi özünü çox hallarda ...
    26 Mar 2021 05:56 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • "L.N.Tolstoyun gündəliyi"ndən seçmələr "2021-ci il martın 16 - da görkəmli dövlət xadimi və ictimai - siyasi xadim, 31 il Azərbaycanın böyük rayonlarında, o cümlədən 10 il Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmiş, hörmətli Murad Nəbibəyovun təbirincə obrazlı şəkildə desək "şəkililərin yaddaşına həkk olunmuş rəhbər", filologiya üzrə fəlsəfə doktoru Sadıq Nəbi öğlu Murtuzayevin vəfatının 40 günü tamam olur. HikmətƏBDÜLHƏLİMOV        Yarım əsrdən artıq bir zaman kəsiyində yaxından tanıdığım, 10 il bilavasitə rəhbərliyi altinda işlədiyim və bu zaman ondan böyük həyat məktəbi, siyasi rəhbərlik məktəbi dərsləri aldığım bu böyük insanın yoxluğunu heç cürə qəbul edə bilmirəm. O həm də mənim 30 ildən artıq yaradıcılığıma Respublika mətbuatında və kitablarında dərindən, obyektiv, səmimi qiymət verərdi. Mənim məşəqqətli, əzablı, yetimliklə keçən uşaqlıq illərimim acısını da o yaxşı ...
    16 Mar 2021 00:11 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Şəhidlər bizim qürür mənbəyimiz, mili dəyərlərimizdir 28 il idi ki, üfunətli erməni tapdağı altında qalmış Vətən torpaqlarının daş qəbistanlıqlarına çevrilmiş qədim yurd yerlərinin nisgili ələm çovğununa dönərək xalqımızı elə hey titrədirdi.     Murad NƏBİBƏYOV,  "Şəki Bələdiyyəsi" qəzetinin  baş redaktoru, AJB-nin üzvü,  "Qızıl qələm" mükafatı laureatı        Bu zaman kəsiyində beynəlxalq hüquq normalarının qorunub saxlanmasına cavabdeh olan dünya gücləri dildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirsələr də sözdən əmələ qədər olan məsafəni qət etmədiklərindən və ya bunu istəmədiklərindən vəhşi erməni instinkti cilovlanmaz bir hal aldı.         Beynəlxalq qüvvələrin təpərsizliyini görüb "nə istəyirsən özündən istə, nə arzulayırsan özündən arzula" hikmətinə sarılaraq öz qüvvəmizlə işğalın nəticələrini aradan qaldırmaq niyyətinə düşdükdə isə onlar etinasız bir tövrlə "problmin hərbi həll variantı yoxdur, reallıqla razılaşıb, güzəşt yolunu tutmaq lazımdır" deyirdilər. Beləliklə, beynəlxalq hüquq normalarının qoruyucusu ...
    4 Mar 2021 01:19 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • "Əhatəli və davamlı şəhər idarəçiliyində özəl sektorun iştirakı" Fevralın 15-16-da onlayn qaydada "ZOOM" platformasında BMT İnkişaf Proqramı(UNDP) və Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) birgə təşkilatçılığı ilə "Əhatəli və davamlı şəhər idarəçiliyində özəl sektorun iştirakı" mövzusunda iki günlük təlim proqramı təşkil edilmişdir. Səyyarə MUSAYEVA,Şəki Bələdiyyəsi sədrinin müavini        Şəki Bələdiyyəsindən bu yаzının müəllifi də iştirаk еdən tədbirdə BMT İnkişаf Prоqrаmı (İP) İstаnbul Bеynəlхаlq Özəl Sеktоr və İnkişaf Mərkəzinin direktoru Sahba SOBHANİ, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro FRAKASSETTİ, Azərbаycаn Şəhər Bələdiyyələri Milli Аssоsiаsiyаsının (АŞBMА) sədri Təmraz TAĞİYEV, TDBB-nin Baş katibi Fahri SOLAK, UCLG EuroAsia - Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Avrasiya Regional Təşkilatının Baş katibi Rasix SАQİTОV, UCLG MEWA - Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Yaxın Şərq və Qərbi Asiya Regional Təşkilatının baş katibi Mehmet DUMAN ...
    4 Mar 2021 00:19 tarihinde Murad Nabibekov tarafından yayımlandı
  • Bələdiyyələrlə iş mərkəzinin rəisi: “Torpaqların icarə haqları bazar qiymətlərindən dəfələrlə aşağıdır” - MÜSAHİBƏ         Bələdiyyələr qanunvericiliklə müəyyənləşdirilmiş yerli əhəmiyyətli məsələlər üzrə idarəçiliyi həyata keçirən müstəqil yerli özünüidarə orqanlarıdır. Bələdiyyələrin müstəqilliyi, səlahiyyətlərinə aid məsələlər üzrə idarəçiliyi sərbəst həyata keçirmələri qanunvericilik aktlarında ən ali səviyyədə - Konstitusiyamızda təsbit olunub. Lakin bələdiyyələrin müstəqilliyi, digər bütün hüquqi və fiziki şəxslər kimi onları da fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl etmək vəzifəsindən azad etmir. Məhz bələdiyyələrin fəaliyyətlərində, qəbul etdikləri qərarlarında qanunvericiliyin tələblərinə əməl etmələri, qanun pozuntularına yol verildiyi halda onun qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə dövlət tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilir. Dövlət tərəfindən qeyd olunan inzibati nəzarətin həyata keçirilməsi Avropa ölkələrində də tətbiq olunur və “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nda da nəzərdə tutulub. Ölkə qanunvericiliyi ilə Azərbaycanda dövlətin adından həyata keçirilən bu fəaliyyət Ədliyyə Nazirliyinə həvalə edilib ...
    15 Şub 2021 00:06 tarihinde Murad Nabibekov tarafından yayımlandı
171 / 1 - 10 yayın gösteriliyor Daha fazla görüntüle »

"Şəki Bələdiyyəsi" qəzeti fləş-PDF