VƏTƏNİ SEVMƏSƏYDİM Nə sevmişəm dünyada Əvvəli, sonu Vətən! Bütün eşqim,istəyim, Fikrim, arzum, diləyim Cücərib ancaq ,ancaq Vətən məhəbbətindən. Vətəni sevməsəydim, Qəlbimdə quş qanadlı, Əbədi sevgi adlı Dünyam yaranmaz idi. Vətəni sevməsəydim, Mən özüm də, sözüm də, Şerim də olmaz idi. Vətəni sevməsəydim, Dünyamızın təkində İzim də qalmaz idi. Vətəni sevməsəydim, İzim nədir? Heç mənim Zərrələrə çevrilən Tozum da qalmaz idi. Vətəni sevməsəydim Çaylartək aşıb, daşan, Bu yerlərlə əlləşən, Göylərlə qucaqlaşan, Söz deyən, şeir qoşan Qəlbimdə inam, səbir, Dözüm də qalmaz idi. Vətəni sevməsəydim, Dəyişəndə dünyamı Gəlsə yanıma hamı Məni bürüyüb ağa , Doslar, ana torpağa Dəfn eləyin deməyə Üzüm də qalmaz idi. Vətəni sevməsəydim, Bu torpaqdan yoğrulan, Hamarlanıb daş olan Başdaşım, ayaqdaşım, Vallah, ucalmaz idi. * * * ŞƏKİM Küçələri dolam – dolam, Ay mənim mehriban anam, Mən sənin qurbanın olam Gör, nə cəh-cəlaldı Şəkim. Karvansaray, Xan sarayı Keçmişimin hay – harayı. Hər bir ilin günü, ayı Tarixə iz saldı, Şəkim. Qiz , gəlini qəmzə, nazdı, Dili şirin xoş avazdı. Zarafatdan sehr yazdı Min könülü aldı Şəkim. Keç Marxaldan, gəz yaylağı Səfalıdır hər bir çağı Bəzənib gəlinsayağı Göylərə ucaldı Şəkim. İgid oğlu Çələbi xan Mərd dayandı zaman–zaman Nadir şahı Kiş çayından Məğlub yola saldı Şəkim. Hər gələni, hər gedəni, Bu yurda səfər edəni Halvasilə qəni – qəni Kəməndinə saldı Şəkim. Hər daşın bir tarixi sirr, Dağın, düzün bəhrəlidir Görüşünə ellər gəlir Ürəkləri çaldı Şəkim. * * * SUSUN Yenə otağımda təkəm bu gecə. Dörd divar, əşyalar bir də xəyalım. Sükutun qoynunda xöşbəxtəm necə Heç vaxt dəyişməyə mənim bu halım. Sanıram ki,vurmur dayanıb ürək. Sevinc sinəmdədir,uzaq duşub qəm. Şadlıq tökülüdü bax ləçək-ləçək, Sükutun qoynundan elə bil bu dəm. Yanırdı “həqiqət”adıda çiraq, O an eşitmirdim mən hec bir yalan. Ucurdum göylərə ganadlanarag, Nə əl calan vardi,nə də alçalan. Susun!Sarsıtmayın mənim gəlbimi. Sükut tərtəmizdir pirdir,ocaqdır. Hər insan ömrünün taleyi kimi, Səs düşsə o saat bulanacaqdır. Qəlbimdə bəslənən diləklərimi Xəyalımda kama yetirəcəyəm. Susun ki, sükutdan ayırsaz məni. Vallah,xöşbəxtliyi İtirəcəyəm. * * * ELƏ ÖTDÜN YANIMDAN Rastlaçdiq...elə bildim son qoyuldu həsrətimə bu heç görüş deyilmiş bilməmişəm sən demə Elə ötdün yanımdan Sanki görüşməmişik heç zaman..heç bircə an məgər dodaqlarıma od yağmayıb, ay gülüm sənin dodaqlarından? Məgər siyah tellerin dolanmayıb boynuma? Düşməmisən elə bil heç vaxt mənim oynuma. Elə ötdün yanımdan bir müthiş külək idin duymadın əvvəlkitək sən mənə gərək idin. Elə ötdün yanımdan Sən həmən sən deyildin Axı, sən heç bir zaman Belə ötən deyildin. elə ötdün yanımdan sanki yoxdum orda mən de hansımız gəlmişik heç adı bilinməyən, hələ kəşf edilməyən tamam yad planetdən? Elə ötdün yanımdan EH!...Sən hara, mən hara Xatirələr utandı O an çəkildi dara Elə ötdün yanımdam Ümidimin çırağı Söndü, tamam qaralbı Bəxtimin yollarını Çisgin, duman, çən aldı. Elə ötdün yanımdan Qırım-qırım qırıldı İnamın qanadları. Belə sındırmamışdı Heç bir zaman yar yarı. Elə ötdün yanımdan Zamanın da ürəyi Mənim üçün dayandı Əbədilik pozuldu Demək sevginin andı. Elə ötdün yanımdan... Elə otdün yanımdan Daha nə söyləyim mən Dönüş gözləmək günah Sənin bu gedişindən. * * * MƏHƏBBƏTLƏR ARASINDA Mən dünyaya gəlməmişdim arzu idim Həm atamın,həm anamın ürıyində. Doğulmamış doğulmuşdum Çoxlarının fikirində,diləyində. Xəyalların qanadında Həm oğlan,həm bir qız idim. Mən məhəbbət müjdəçisi, “bəxt”adlı bir ulduz idim. O zaman ki,doğulmuşam Babaların,nənələrin və kimlərin Sevgisinə bürünmüşəm. Böyüməkçün iməkləyib sürünmüşəm Boy atmışam gilə-gilə, Dəyişmişəm ildən-ilə. Ona görə,sevda olub baxışlarda Məhəbbətlər dünyasıtək görünmüşəm. Ürəyimdə aşıb-daşıb sevda dəmi. Məhəbbətlə qucaqlayıb bu aləmi Məhəbbətlər arasında yaşayıram. Odur mənə qüvvət verən Məhəbbətlə bu dünyanın Sevincini,qəmini mən Öz çiynimdə daşıyıram. Bu məhəbbət dünyasının Lap başına dönürəm mən. Heç özümdə his etmədən Məhəbbətlər arasında Yavaş-yavaş sönürəm mən. Müəllif:şahid məmmədkərimov. * * * YAĞ, EY YAĞIŞ Yağ, ey yağış hər damlana deyək alqış Yağ ey yağış sən bircə an dayanmadan İstəyirsən xoş arzulu, diləkli yağ! istəyirsən fırtınalı, küləkli yağ! Amma...Amma... səadəti gətir bizə gərəkli yağ çörəgli yağ. Xoşbəxtliyi yetir bizə. Elə yağ ki, çirkabları tamam yuyub, aparıb get Elə yağ ki, bütün xəbis ürəkləri sinələrdən qoparıb get Elə yağ ki.... elə yağ ki, əlimizdən son qəpiyi alanların xalq malını talan edib yaman günə salanların Damağında zəhərə dön çilovu qır, haykır, kişnə ələyatmaz kəhərə dön. Yağ, ey yağış, baxma yaydər, ya payızdır, ya da ki qış Yağ ki, hələ zülmün tozu dünyamızdan yuyulmamış. Yağ, ey yağış qanımıza qayna-qarış, qoy saflaşaq paxıllardan, yaltaqlardan, yalanlardan uzaqlaşaq. Elə yağ ki,suyun, selin aşıb- daşsin o əvvəlki məcrasına sığışmasın Götür bizi azadlığın qucağına apar bizi xoşbəxtliyin ocağına. Yağ, ey yağış hər tərəfə dünyamızda yer qalmasın bircə qarış Tamam itir izimizi Yağ, təzədən cücərt bizi bu trpağa dərin işlət kökümüzü. Sən təzədən gətirib gəl Dədə qorqud, Babək adlı nəslimizi. qoy görüşək ulumuzla Qobustandan keçib gələn yolumuzla Özümüzü tanıyaq biz, Sözümüzü tanıyaq biz bu dağları, dərələri, cığırları, düzümüzü tanıyaq biz. Turan adlı Türk mənşəli İzimizi tanıyaq biz. Dünən kimi qoy, bu gündə tariximin sinəsində Ləpir salsın öz izimiz. Yağ, ey yağış Saf sevgini, səadəti gətir bizə Dünyamızı bələməkçün azadlığın çirağına Prometey cəsarəti yetir bizə. * * * DÜŞÜNÜRƏM Goy üzündə görünəndə Bircə topa qara bulud Düşünürəm hardan gəlir? Indi gedir hara bulud? Bəlkə,susuz bir səhraya üz çevirib Olacaqdır susuzluğa çarə bulud. Dönəcəkdir həm almaya,həm üzümə, Turşa-şirin nara bulud, Neçə-neçə min nemətli bara bulud. Indi gedir hara bulud? Bəlkə... Bəlkə gurlayacaq bir dərədə, Ildırımlar çaxacaqdır. Şimşək olub bu dərəyə, O dərəyə axacaqdır. Nə bilirsən haraları yandıracaq, Haraları yaxacaqdır? Çəkəcəkdir insanları dara bulud. Düşünürəm hardan gəlir? Indn gedir hara bulud? Xeyirlə şər qucaqlaşıb O buludun sinəsində. Şırıl-şırıl qəlb oxşayan Yaxış olub yağa bilər. Sərtləşərək dolu olub Başımıza çaxa bilər. Gözmüz tək buludda da Sevunc yaşı, qəm yaşı var. Biz bilmirik bəlkə... Bəlkə Bu dunyanın özü ilə savaşı var. Bu dünyanın şirinliyi acılıqla, Acılığı şirinliklə qucaqlaşır. Hər istəyin sinəsindən Kədər,sevinc aşıb daşır. Hər meyvənin kalı acı, Dəymişi isə şirin olur Qəhqəhələr içində də Yenə dərdin-sərin olur. Min cah-cəlal yarat, qardaş, Sonda torpaq yerin olur. * * * O, SƏNSƏN, SƏN ÖZÜNSƏN O ecazkar göylərdə Ulduzlar vardı min-min Mən minlərin içindən Birini istəyirdim. Ulduz necə bərq vurur Göylərdə mənimdir o, Bəxtim,sevgim,istəyim, Sonsuz aləmimdir o, Tənha gecələrimdə Yaxın həmdəmimdir o. Mən onunla bölərdim Sevunci də,qəmi də. Mən onunla görərdim Günəşli aləmi də. O bir az gec çıxanda Küsərdim, barışardım O ulduzu parlayan Bir taleyim sanardım. O sənsən,sən özünsən Ulduz olub, sevgilim, Çəkilmisən göylərə. Nə əlim çatır sənə, Nə ünüm yetir sənə. * * * İSTƏYİRƏM Şükür, ürəyimin duyğu telinə Qaragöz, bir göyçək qız istəyirəm Niyə tənə ilə baxırsan mənə ? Deyirsən ki, qışda yaz istəyirəm? Bir qıyğacı baxıb məni sevindir. Qəlbimdən keçəni söyləyim bir- bir. O taylı, bu taylı yollar sənindir Dur gəl, gəlişindən naz istəyirəm. Mən olaydım gözlərinin yuxusu, Nəfəsinin şirin dadı, qoxusu. Könlümdə var ayrılığın qorxusu Odur ki, aranı saz istəyirəm. Elə et, əlimdə, qoy olsun umur. Bir busə nədir ki, diləyim budur. Sevənlər yarından çox şeylər umur Mən ki, hələ səndən az istəyirəm. Şahid çox çətin ki, bu yoldan dönə Öz odum, alovum bəs etmir mənə. Yanıb-yaxılmaqçün, gülüm, eşqinə Səndən də o qədər köz istəyirəm. * * * ÜMMƏTİNİN DAYAĞIDIR Ay Allah, hər şerim hökmündür sənin. Mənim ilhamımı birə - on eylə. Vəsfini yazıram mən Peyğəmbərin Sözləri qəlbimə pıçılda, söylə. O, sənin Rəsulun, mən sənin qulun Mənim köməyim ol, qurbanın olum. Fəxr edirəm! Nə yaxşı mən Məhəmmədin ümmətiyəm. Ona görə yer üzünün əşrəfiyəm, zinətiyəm. Peyğəmbərin dünənini, Bu gününü, sabahını Ara, axtar! Hər anında Hikmət dolu bir məna var. O, bu gündə Min möcüzə qapısını üzə açar. Məhəmmədin dediyitək Allah birdir, laməkandır, Yeri, göyü yaradandır Kəlamilə alışmasan, Bu eşq ilə sən yanmasan, əgər,qəflət yuxusundan oyanmasan şeytan yolu sənin olar. Cəhənnəmin əzabından Yoğurulmuş qəmin olar. Sən adını eşitdinmi Məhəmmədin? Tez səlavat çevir, oyan Məhəmmədlə qoşa dayan! İmdadına çatacaqdır Tək o zaman bir yaradan. Allah ona pay göndərib Varlıqları yaratdığı “Ol!”-dediyi xoş səsindən. Nəfəs verib Öz sehirli nəfəsindən. Yaddaşına Sığal çəkib öz əlilə Hər ayəni o, çatdırsın Yurda, elə. Allah adlı bir varlığa “Baş əy!”-deyib O öyrətdi Baş əyməyi böyüklüyə. İstədim ki, Günəş deyim Məhəmmədə Düşündüm ki,yanılıram. Axı,Günəş yer üzünə Növbə ilə işıq saçır. Amma, budur Məhəmmədsə dünyamızı Zaman-zaman, Dayanmadan Tamam,bütöv nurlandırır. Allah ona nə buyurdu əməl etdi, məqsədinə gəldi,çatdı, İslam adli,gur işıqlı Dünyamızı o yaratdi. Əgər İsa bir ölünü Diriltdisə nəfəsilə “Lə ilahə!”-dedi dünya Məhəmmədin nəfəsilə. Ancaq ona göndərilib Yerin,göyün xoş nəfəsi. Onun səsi Ağ suların zümzüməsi. Gül üstündə şehə bənzər Hər kəlməsi. Oxu! Öyrən! Peyğəmbərin meracını. Tapacaqsan Min bir dərdin əlacını. Mövludunu oxud! Yad et! Unudarsan hər acını. Cənnət yolu sənin olar Nə dərdin, nə qəmin olar. Oxu! Öyrən! Əməl elə! Məhəmmədin kəlamına. Allahımın bəxş etdiyi O nur dolu amalına. Öyrənməsən bilənməzsən Bu dünyada zili,bəmi. Bilənməzsən Hər səhv addım Bu dünyanın cənnətisə, o dünyanın cəhənnəmi. O,mayaqdır dünənə də, Bu günə də, sabaha da Çatdıracaq insanları Zaman-zaman hər murada Bizlər üçün bir Allahdan Rəhm istəyən ancaq odur. Həm bu, həm də o dünyada ümmətinin dayağıdır. * * * MƏNİM SEVİNCİM Bir ildə dörd fəsil var. Mənimçün hamsh qışdır Səninçün hamsh bahar. Buludlar qoşalaşar Göydə ildırım çaxar O səni nurlandırar Məni yaxıb, yandırar. Göy kişnər, yağış yağar Sənə sərinlik səpər Məni tamam isladar. Doğulduğumdan bəri İniltiyəm, fəryadam, Sən dünyanın doğması, Mən ögeyəm, mən yadam Axı, nə etmək olar? Görünür bu dünyada Sənə sevinc payı var Mənə gəlir bəlalar. Sevinirəm buna mən Sevinc, qəm qoşa olar Mən qəmi götürməsəm Heç sənə sevinc qalar?! * * * QAMIŞ Qış oldu quruyub itirsən, Yaz oldu cücərib bitirsən, Qamış, Hər buğumun bir qarış. Səni nə tərifləyən, Nə pisləyən olmamış. Sözsüz ki, çoxları bilir ki, sən -“İskəndərin uzun qulaqları var.” - deyən Tütəyisən. Bəlkə, ondan da əvvəl Səs verib balabana Çalındın yana-yana “Çoban bayatı”nı gətirdin Azərbaycana. Qamış, Çoxları hələ sənlə olmayıb tanış. Nə olar, özün özündən danış. De ki, mən Cənginin, Yallının səsiyəm, qədim bir xalqın sevincinin gülüşü, qəminin naləsiyəm, çayların harayı, çeşmə zümzüməsiyəm. De ki, mən Zurnanı dilləndirən əsasının özüyəm, nəfəsli alətlərin çoxusunun gözüyəm. Koroğlu nərəsiyəm, Babək təntənəsiyəm. Elə buna görə, qamış, Qara zurna dünyaya səs salmış Bəmindən düşmənə nifrətin sədası ucalmış. Zilin-döyüş səsi, Qəhrəmanların qələbə müjdəsi. Hər zaman, hər yerdə carçı oldun, qamış, səsindən qabal daşının Ritmləri duyulmuş. Min oyun qurdun,qamış, Hələ oyunun qurtarmamış, Zaman gələcək sən Qarabağ adlanan yurdumda əl-əl gəzəcəksən, düşmənin boyuna ölçüləcəksən! |
Poeziya >