Şəki Bələdiyyəsinin sədri E.S.İbadov 1968-ci ildə Şəki şəhərində anadan olub. İ.R.Əşirov 1980-ci ildə Şəki şəhərində anadan olmuşdur. "Təfəkkür" Universitetinin jurnalistika fakültəsini bitirib. Şəki Kommunal Təsərrüfatı İB-nin direktorudur. 2014-cü ildə bələdiyyə üzvü seçilmişdir. YAP-ın üzvüdür. ŞİRİN MÖVSÜM OĞLU HƏBİBULLAYEV Şəki Bələdiyyəsi sədrinin müavini Ş.M.Həbibullayev 1950-ci ildə Şəki şəhərində anadan olub. GÜLNAZ MUSTAFA QIZI SALAMOVA Şəki Bələdiyyəsi sədrinin müavini G.M.Salamova 1954-cü ildə Şəki şəhərində anadan olub. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirdikdən sonra Şəki şəhər 9 saylı orta məktəbdə ingilis dili müəlliməsi kimi əmək fəaliyyətinə başlayıb. 1981-82ci illərdə Şəki Şəhər Komsomol Komitəsinin məktəblər üzrə komsomol təşkilatçısı, 1982-2005-ci illərdə Maarif, Ali Məktəb, Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin sədri işləyib. 1980-82, 1990-95-ci illərdə Şəki şəhər sovetinə deputat seçilib. 1999, 2004, 2009 və 2014-cü illərdə bələdiyyə üzvü seçilib. 2005-ci ildən 2010-cu ilədək Şəki Bələdiyyəsinin sədri olub, 2010-2015-ci illərdə bələdiyyə sədrinin birinci müavini olub. 2001-ci ilin may ayından Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüdür. "Sevil" Qadınlar Məclisi Şəki təşkilatının sədridir. EHTİBAR MƏSİM OĞLU NURİYEV Şəki Bələdiyyəsinin üzvü E.M.Nuriyev 1960-cı ildə Şəki şəhərində anadan olub. İRADƏ MAHİR QIZI HACINƏBİYEVA Şəki Bələdiyyəsinin üzvü İ.M.Hacınəbiyeva 1986-cı ildə Şəki şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib. AMİ-nin Şəki filialında müəllim işləyir. 2014-cü ildə bələdiyyə üzvü seçilmişdir. ƏLİŞANBƏYLİ SAHİB ƏLƏKBƏR OĞLU Şəki Bələdiyyəsinin üzvü S.Ə.Əlişanbəyli 1987-ci ildə Şəki şəhərində anadan olmuşdur. 2004-cü ildə Şəki şəhər 20 saylı orta məktəbin XI sinfini bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının “Tarix” fakültəsinə daxil olmuş və 2008-ci ildə ali təhsilini başa vurmuşdur. 2009-cu ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Kompyuter mərkəzində kompyuter mütəxəssisi vəzifəsində işləyir. 2009-cü və 2014-cü illərdə bələdiyyə üzvü seçilmişdir. Ailəlidir, 1 övladı var. QOŞQAR ASİM OĞLU MUSTAFAYEV Şəki Bələdiyyəsinin üzvü Q.A.Mustafayev 1987-ci ildə Şəki şəhərində anadan olmuşdur. 2004-cü ildə Şəki şəhər 20 saylı orta məktəbin XI sinfini bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının “Tarix” fakültəsinə daxil olmuş və 2008-ci ildə ali təhsilini başa vurmuşdur. 2009-cu ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Kompyuter mərkəzində kompyuter mütəxəssisi vəzifəsində işləyir. 2009-cü və 2014-cü illərdə bələdiyyə üzvü seçilmişdir. Ailəlidir, 1 övladı var. SEVİNC İLHAM QIZI BAQIYEVA Şəki Bələdiyyəsinin üzvü S.İ.Baqıyeva 1986-cı ildə Şəki şəhərində anadan olub. AMİ-nin Şəki filialını bitirib. Şəki şəhəri, 1 saylı orta məktəbdə ingilis dili müəllimi işləyir. 2014-cü ildə bələdiyyə üzvü seçilmişdir. YAP-ın üzvüdür. ƏNVƏR RAFİQ OĞLİ MİKAYILZADƏ Şəki Bələdiyyəsinin üzvü Ə.R.Mikayılzadə 1991-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 2014-cü ildə bələdiyyə üzvü seçilmişdir. YAP-ın üzvüdür. DİNAR RAFİQ QIZI RƏSULOVA Şəki Bələdiyyəsinin üzvü D.R.Rəsulova 1989-cu ildə Şəki şəhərində anadan olub. AMİ-nin Şəki filialında bakalavr təhsili, ADPU-da magistr təhsili almışdır. AMİ-nin Şəki filialında müəllim işləyir. 2014-cü ildə bələdiyyə üzvü seçilmişdir. YAP-ın üzvüdür. GÜLNAR QURBAN QIZI ABAKAROVA Şəki Bələdiyyəsinin üzvü G.Q.Avakarova 1985-ci ildə Şəki şəhərində anadan olub. Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Şəki şəhər 10 saylı orta məktəbdə müəllimə işləyir. 2014-cü ildə bələdiyyə üzvü seçilmişdir. YAP-ın üzvüdür. İSMAYILLI CAVAD MƏMMƏD OĞLU Şəki Bələdiyyəsinin üzvü C.M.İsmayıllı 1956-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1970-ci ildə Şəki şəhər 1 saylı orta məktəbin 8-ci sinifini bitirib, Şəki Pedaqoji Texnikumunun Əmək və rəsmxət şöbəsinə daxil olmuş, 1974-cü ildə oranı qurtarmışdır. 1975-77-ci illərdə hərbi xidmətdə olmuşdur. 1977-80-ci illərdə Şəki şəhər 14 saylı orta məktəbdə müəllim işləmişdir. 1980-85-cı illərdə Rusiya Federasiyasının Xabarovski şəhərində Enerqomaş Zavodunda sınaqçı mühəndis vəzifəsində işləmişdir. 1985-ci ildə Azərbaycana qayıtmış və o vaxtdan Şəki 9 saylı beynəlmilər orta məktəbdə işləyir. 2006-cı ildən Azərbaycan Respublikası Ümid partiyasının Şəki rayon təşkilatının sədridir. 2009-cü və 2014-cü illərdə bələdiyyə üzvü seçilmişdir. Ailəlidir, 1 övladı var. ÇİNARƏ RAHİM QIZI İSRAFİLOVA Şəki Bələdiyyəsinin üzvü Ç.R.İsrafilova 1988-ci ildə Şəki şəhərində anadan olub. AMİ-nin Şəki filialını bitirib. AMİ-nin Şəki filialında baş laborant vəzifəsində işləyir. 2014-cü ildə bələdiyyə üzvü seçilmişdir. YAP-ın üzvüdür. NAZİLƏ HÜSEYN QIZI RƏŞİDOVA Şəki Bələdiyyəsinin üzvü N.H.Rəşidova 1987-ci ildə Moskva şəhərində anadan olub. AMİ-nin Şəki filialını və APİ-nin riyaziyyat və informatika fakültəsini bitirib. Şəki şəhər 7 saylı orta məktəbdə müəllim işləyir. 2014-cü ildə bələdiyyə üzvü seçilmişdir. YAP-ın üzvüdür. ELNUR RASİF OĞLU ABDULLAYEV Şəki Bələdiyyəsinin üzvü E.R.Abdullayev 1986-cı ildə Şəki şəhərində anadan olmuşdur. RF Müasir Humanitar Akademiyasını bitirmişdir. Şəki rayonu, Turan qəsəbə musiqi məktəbində müəllim işləyir. 2014-cü illərdə bələdiyyə üzvü seçilmişdir. Ümid Partiyasının üzvüdür. LEYLA MƏMMƏD QIZI QASIMLI Şəki Bələdiyyəsinin üzvü L.M.Qasımlı 1991-ci ildə Şəki şəhərində anadan olub. AMİ-nin Şəki filialını bitirib. 2014-cü ildə bələdiyyə üzvü seçilmişdir. YAP-ın üzvüdür. |
Şəki bələdiyyəsinin üzvləri
Şəki Bələdiyyəsinin lider namizədləri (17 dekabr 2014)
Dünən ölkəmizdə bələdiyyə seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirdi ki, bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı saat 19:00-a 38,93 faiz təşkil edib. Onun sözlərinə görə, saat 19:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14 nəfəri səs verib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilib. Bələdiyyə seçkilərində 15 min 35 bələdiyyə üzvü seçilib. Bələdiyyə üzvlüyünə isə 37 min 77 nəfər namizəd qeydə alınmışdı. Seçkilərdə 8 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyası bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak ediblər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə isə 30 partiyanın üzvləri seçkilərdə namizəd qismində iştirak ediblər. Xatırladaq ki, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 32,04 faiz təşkil edib. Yəni 4 milyon 612 min 727 seçicidən 1 milyon 478 min 186 nəfər səs verib. * * * Şəkidə də bələdiyyə seçkiləri uğurla başa çatmışdır. Səsvermə 3 seçki dairəsinin əhatə etdiyi 115 seçki məntəqəsində keçirilmişdir. Seçkilərdə 40 bələdiyyəyə 376 yer uğrunda 1128 namizəd mübarizə aparmışdır. Səsvermənin gedişini 1305 yerli müşahidəçi izləmişdir.Dairə seçki komissiyalarından verilən məlumata görə seçkilər azad, demokratik və şəffaf şəraitdə keçmişdir. Səsvermənin gedişində qanun pozuntusuna yol verilməmişdir. Seçicilər sərbəst və azad şəkildə öz seçimlərini etmiş, istədikləri namizədlərə səs vermişlər. Bütün seçki məntəqələrində müşahidəçilərə öz funksiyalarını yerinə yetirmək üçün lazımi şərait yaradılmışdır. 113 saylı Şəki şəhər seçki dairəsi üzrə 3 bələdiyyəyə 36 yer uğrunda 104 namizəd mübarizə aparmışdır. 27 seçki məntəqəsinin 15-də veb-kamera quraşdırılmışdır. Seçkilərin gedişini 333 yerli müşahidəçi izləmişdir. 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 18 bələdiyyəyə 170 yer uğrunda 511 namizəd mübarizə aparmışdır. Məntəqələrin 7-də veb-kamera quraşdırılmışdır. Seçkilərin gedişini 490 yerli müşahidəçi izləmişdir 115 saylı Şəki kənd ikinci seçki dairəsində 19 bələdiyyəyə 170 yer uğrunda 513 namizəd mübarizə aparmışdır. Səsvermənin gedişini 482 nəfər yerli müşahidəçi izləmişdir. Məntəqələrin 7-də veb-kamera quraşdırılmışdır. * * * Mərkəzi Seçki Komissiyasının internet saytında dərc edilmiş Şəki şəhər bələdiyyəsinin lider namizədlərinin siyahısı: * * * Məlumat üçün: Mərkəzi Seçki Komissiyasının internet saytında dərc edilmiş Şəki Seçki dairələrində məntəqələrin və seçicilərin sayı: |