Uşaq evindəki görüşdən əvvəl İslam qaydası ilə 4 qoyun qurbanı kəsilmiş və həmin qurban əti müəssisəyə aparılmışdır. Şəki Bələdiyyəsi sədrinin birinci müavini Etibar Nuriyevin rəhbərliyi ilə təşkil edilmiş görüşdə uşaqlar üçün yemək süfrəsi açılmış, bələdiyyənin hesabına bişirilmiş bir neçə növ xörəklər uşaqlara təklif edilmişdir. Etibar Nuriyev görüş əsnasında daim Şəki Bələdyyəsinin müəssisədəki körpələrə diqqət və qayğı göstərəcəyini vurğulamışdır. Uşaq evinin rəhbərliyi də öz növbəsində bələdiyyənin kllektivinə münnətdarlığını bildirmişdir. Şəki Bələdiyyəsi İctmaiyyətlə əlaqələr şöbəsi |
Xəbərlər >