Xəbərlər‎ > ‎

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin “Qurcana” məhəlləsində səyyar qəbul keçirib

6 May 2019 02:01 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 May 2019 02:03 güncellendi ]
        Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 2-də Şəki şəhərinin “Qurcana” məhəlləsinin sakinləri ilə görüşüb.

        Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, məhəllə sakinləri iştirak ediblər.
        Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nəticələrdən, ölkə başçısının əhalinin sosial müdafiəsi sahəsində son dövrlər qəbul etdiyi qərarlardan bəhs edib, Şəkidə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
        Məhəllə sakinləri Sahib Məhyəddinov, Məmməd Məmmədov, Cavanşır Əhmədov və başqaları çıxış edərək 21 №-li tam orta məktəb üçün yeni binanın tilikməsini, məhəllədəki M.Əfəndiyev, Ç.Mustafayev küçələrinin işıqlandırılmasını, məhəllədəki qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini, sahibsiz itlərin zərərsizləşdirilməsini və sair məsələləri xahiş etmişlər.
        Görüşün sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib.