Ev satılır, torpaq satılır, maşın satılır, müəyyən iş elanları və s. Şəkidə mərkəzi küçələrdə bu cür elan və a reklamlara tez-tez rast gəlinir. Ancaq çox zaman onlardan geriyə qalan cırılmış kağızlar, yapışqanlı lövhələr olur. Bu da şəhərdə yenicə qoyulmuş dayanacaqlarda, abadlaşdırılmış küçələrdə xoşagəlməz mənzərə yaradır. Yapışqanlarla vurulan kağızların sonradan qoparılması zamanı itiuclu alətlərdən istifadə isə divarlarda öz izini qoyur. Görünənsə odur ki, hələ də görülən abadlığa, təmizliyə xələl gətirənlər var. Mənbə: Kanal S |
Xəbərlər >