Xəbərlər

Bütün xəbər başlıqları ‎‎(əlifba sırası ilə)‎‎

Bələdiyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi təklif edilir

5 May 2021 00:34 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 7 May 2021 01:28 güncellendi ]

"Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: 
mövcud vəziyyət və qarşıdakı vəzifələr" mövzusuna 
həsr edilmiş 
videokonfrans keçirilmişdir.
Konfransda Şəki Bələdiyyəsi 
sədrinin müavini 
Səyyarə Musayeva da 
iştirak etmişdir.  


        Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzovun, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin, Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri, Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayevin, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramovun  Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynovun da iştirak etdikləri tədbirə Milli Məclisin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Bələdiyyə İşçiləri Həmkarlar Komitəsinin, Milli Assosiasiyaların nümayəndələri, eyni zamanda bələdiyyə sədrləri də qatılmışlar.

        Açılışı deputat Siyavuş Novruzov etdi. 
        O sözlərinə Zərifə Əliyevanın doğum günü il dönümünü xatırlatmaqla başladı. Bu gün yaşadığımız 44 günlük müharibənin qürurunu yaşadan möhtərəm prezidentimizin məhz ulu öndər Heydər Əliyev və Zərifə Əliyeva kimi dəyərli möhkəm köklərdən gəldiyini vurğuladı.
        Prezidentimizin davam etdirdiyi siyasət sayəsində bu gündə Azərbaycanın necə inkişaf etməsindən söz açdı.

       
Tədbir iştirakçıları fürsətdən istifadə edərək, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənovu MSK üzvü seçilməsi münasibəti ilə təbrik etdikdən sonra tədbir öz işınə davam etdi.

        
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev iştirakçıları salamladı. O, Türk Dünyası Bələdiyyələr Birliyində erməni soyqırımının tanınmasını qınadı və buna görə öz bəyanatlarını yaydıqlarını diqqətə çatdırdı. T.Tağıyev onu da vurğuladı ki, bu birliyin əsasını ulu öndər Heydər ƏliyevSüleyman Dəmirəl qoymuşdur. 

    
    
Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri, Regional Məsələlər Komitəsinin üzvü, deputat Tahir Rzayev bələdiyyə üzvlərindən olan 44 günlük müharibədə şəhid olmuş şəxslərin xatirəsini yad etməklə sözlərinə başladı. Bələdiyyə və vətəndaş arasında müəyyən tədbirlərin keçirilməsindən və gördüyü işlərin təbliğatının önəmini diqqətə çatdlrdi. 
        Eləcə də işğal olunmuş ərazilərdə bələdiyyələr olaraq meşə zolağının salınması və ya bağça tikilməsi kimi işlərin görülməsinə təşəbbüsün önəmini vurğuladı

        Daha sonra söz 
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədova verildi. O, öz çıxışında qeyd etdi ki, bələdiyyələrin maliyyə vəziyyətindəki problemlər nəzərə çarpandır. 1000-dən yuxarı bələdiyyənin statistik göstəricilərinə əsasən 7000000 DSMF borcu olduğunu vurğuladı. Bundan daha artlq əmək haqqı borclarının olduğunu, yerli büdcə xərclərinin 2020-ci il üçün 67.5 % idarəetmə xərcləri olduğunu dedi. Bu xərclərdə artım müşahidə olunmasının qarşını almaq üçün bir sıra tədbirlərin önəmini vurğuladı. 
        Bələdiylərin nəinki kreditor eləcədə debitor borclarının olduğunu və və vergi və ödənişlərin ciddi münasibət göstərilməməsindən danışdı. Bu istiqamətdə atılan addımların Binəqədi və Nəsimi bələdiyyələrin pilot bələdiyyə kimi seçilməsindən və inkişaf yolundan atılan bir slra adıımlardan bəhs etdi. Bununla belə, ədliyyə və bələdiyyə arasında portalın yaradıldığını və bunun da elektron səviyyədə inkişaf olduğunu və əhəmiyyətini də vurğuladı.

        
Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsinin üzvü, deputat Kamran Bayramov öz çıxışında qeyd etdi ki bələdiyyələrin inkişaf perspstektivini dumanlı görür. Ölkəmizin inkişaf etdiyindən halbuki bələdiyyə sisteminin arzuolunan səviyyəyə çatmadığına dair narazılığını dilə gətirdi. O öz nitqində maliyyə və iqtisadi potensialı nəzərə alaraq, seçilmiş üzv və sədrlərin aktivliyinin bu kimi promlərin həllinə kömək edə biləcəyindən danışdı. Günümüzdə olan problemlərin qanunvericilikdə deyil daha dərin səviyyədə səbəblərinin axtarılmalı olduğunu qeyd etdi.Elektron xəritələrin hazırlanmaması və plenar iclasda bu məsələyə baxıldğından da söz açdı. O qeyd etdi ki bu məsələ prezidentin sərəncamına əsasən 2020-ci ilin sonuna həll olunmalı idisə də bu gün hələdə bu problemlə üzləşməkdə davam edirik.DSMF sərəncamlarına görə hesabların bağlı olmasını da göz önünə gətirərək günümüzdə bələdiyyələrin işgörmə qabiliyyətinin çətinləşdirdiyini də qeyd etdi. 

        Çıxışlardan sonra tədbirə qoşulan iştirakçılar bələdiyyələrin problemlərindən söz açdılar. 

        Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov sənədsiz evlərin sənədləşdirilməsi məsələlərinin qanunvericilik təşəbbüsü ilə kömək edilməsini xahiş etdi. Sənədsiz evlərin inzibati ərazi xəritəsinin olmamasının günümüzdə vergi yığımına problem yaratdığından söz açdı.

        Samux Sərkər bələdiyyəsinin sədri Şəmistan Yusifov bu gün torpaq alqı satqısı zamanı, icarəyə torpaqların verilməsi zamanı bir sıra çətinliklərin olduğundan və bir sənədi alarkən bir neçə yerdən rəy alınmaslndan proseslərin uzunluğundan söz açdı.

        Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev bir neçə problemlərdən danışdı. O, öz çıxışında qeyd etdi ki BAMS proqramı bu gün heç bir portala inteqrasiya edilməyib. Hətta vergi məsələrinin dürüstlüyü üçün Əmlak Mələsləri Dovlet Komitəsinin də saytına inteqrasiya etməməsi çətinlik doğurduğunu söylədi. Və qeyd etdi ki Əgər bu gün işğaldan azad olunmuş bölgələrdə ağıllı kənd ağıllı şəhər proyektləri icra olunursa, bu gün bizim belə proqramlardan əziyyət çəkməməliyik.

        Quba bələdiyyəsinin sədri Humayə Məmmədova rəhbərlik etdiyi bələdiyyənin gördüyü işlərdən danışdı.

       
Tədbirin sonunda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov bələdiyyə işçiləri peşə bayramı gününün təsis edilməsini təklif etdi.

        Konfransda səsləndirilən fikirləri Siyavuş Novruzov ümumiləşdirərək bildirdi ki, söhbət açılan problemlərin araşdırılması ilə bağlı qrupu yaradılaraq həlli istiqamətində addimlar atılacaqdır.

Şəki Bələdiyyəsi onlayn iclasda iştirak etmişdir

21 Nis 2021 01:23 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 Nis 2021 01:48 güncellendi ]

Aprelin 20-də Şəki Regional Ədliyyə İdarəsi onlayn iclas keçirmişdir. 









        
        Tədbiri idarənin rəisi Abdulla Yusifov Nizami Gəncəvinin sözləri ilə açaraq, bildirdi ki, dahi şairin yubileyləri ölkəmizdə həmişə böyük təntənə ilə keçirilmişdir. Nizami Gəncəvinin 800 illik yubileyi respublikamızda, eləcə də ölkəmizin hüdudlarından uzaqlarda onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Abdulla Yusifov onu da əlavə etdi ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. 
Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Bu il də Nizami Gəncəvinin 880 illik yubileyi ilə “Nizami Gəncəvi ili” elan edilməsi onu göstərir ki, Azərbaycan xalqı özünün dahi oğullarına hər zaman böyük diqqət yetirir və onların xatirəsini əbədi yaşadır.
        Sonra tədbir bələdiyyələrin cari vəziyyəti ilə bağlı təhlillərə həsr edilmişdir. Elektron xidmətlər sahəsində olan yeniliklərdən danışan Zaur Xəlilov bildirmişdir ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı olaraq portallardan istifadə, o cümlədən rəsmi saytların təkmilləşdirilməsi bələdiyyələrin fəaliyyətinin təbliği istiqamətində labüd məsələdir.
        Regional Ədliyyə İdarəsinin əməkdaşı Siracəddin Rüstəmov tədbir iştirakşılarına qanunvericiliyin tələbləri haqqında məlumat vermişdir. O, əsasən qanunvericilikdə baş verən yeniliklər və onların bələdiyyələrin gələcək fəaliyyətində istifadəsindən danışmış, tövsiyyə xarakterli məsələlərə toxunmuşdur.
        Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, verilmiş suallar cavablandırılmışdır.
Şəki Bələdiyyəsi, Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Şəki Bələdiyyəsinin 2020-ci il büdcəsinin icrası haqqında

18 Mar 2021 00:35 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 18 Mar 2021 02:18 güncellendi ]

Şəki Bələdiyyəsinin 
2020-ci üçün nəzərdə tutulmuş büdcəsinin icrası bələdiyyənin 
27 yanvar 2021-ci il tarixdə 
keçirilmiş 02 saylı iclasında 
                                    təsdiq edilmişdir.
                                                  

 

        İclasda məlumat verilmişdir ki, Şəki Bələdiyyəsinin 2020-ci ilin büdcənin gəlir və xərclər mаddələrinin yеrinə yеtirilməsinin icrаsı təhlil еdilmiş və bu sаhədə müsbət yönlü tədbirlər görülmüş, həmçinin görüləcək işlər müəyyənləşdirilmişdir. 

        Bеlə ki, 2020-ci il ərzində fiziki şəxslərin tоrpаq və əmlаk vеrgisi, tikinti аltındа оlаn tоrpаqlаrın icаrə hаqlаrı, аvtоmоbil dаyаnаcаğı xidmətindən, rеklаm və mеhmаnxаnа xidmətindən, vətəndаşlаrın mülkiyyətinə sаtılmış tоrpаq sаhələrinə görə və sаir sаhələrdən dаxil оlаn vəsаitlərin uçоtunun qаnunvеricilikdə nəzərdə tutulmuş qаydаdа mühаsibаtlıqlа yаnаşı vеrgi yığım şöbəsi tərəfindən də аpаrılmаsı təmin еdilmişdir. Müddət ərzində 20670 ədəd tədiyə bildirişinin vеrgi ödəyicilərinin ünvаnınа çаtdırılmаsı üçün ərаzilər üzrə xidmət göstərən vеrgi müfəttişlərinə vеrilmiş və 15822 ədəd tədiyə bildirişi vеrgi ödəyicilərinin ünvаnınа çаtdırılmаsı təmin еdilmişdir. Ünvаnlаrа çаtdırılmış 15822 ədəd tədiyə bildirişinin 14906 ədədi fərdi yаşаyış еvlərinə və ictimаi binаlаrının mənzillərinə, 916 ədədi isə sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxslərə аiddir. Vеrgi uçоtu kitаblаrındа vеrgi ödəyicilərinin 01.01.2020-ci il tаrixə оlаn bоrclаrı öz əksini tаpmış və bununlа yаnаşı 2020-ci il üçün vеrgilərin hеsаblаnmаsı 01.01.2015-ci il tаrixdən fiziki şəxslərin əmlаk və tоrpаq vеrgisinin hеsаblаnmаsı qаydаsınа еdilmiş məlum dəyişikliklər nəzərə аlınmаqlа аpаrılmışdır. Həmçinin vеrgi ödəyicilərinin qеydiyyаtı üzrə dürüstləşdirmə və vеrgilərin yеni qаydаlаrа uyğun hеsаblаnmаsı istiqаmətində işlər dаvаmlı оlаrаq аpаrılır.

I. Bələdiyyə Büdcəsinə dаxil оlаn vəsаitlər (gəlirlər) üzrə:

                        01.01.2020-ci ilə qаlıq vəsаit:                              2945,91

                        Cəmi dаxil оlаn vəsаit:                                  2277383,00 

О cümlədən:   Tоrpаq vеrgisi üzrə (əhаlidən)                             11041,00 
                        Əmlаk vеrgisi üzrə (əhаlidən)                             32235
,00            
                        Tоrpаq vеrgisi qeyri-yaşayış
                                                sahəsi üzrə(mаğаzа аltı)                3820
,00
                        Tоrpаq icаrəsi qeyri-yaşayış
                                                sahəsi üzrə (mаğаzа аltı)                 592
,00
                        Əmlаk vеrgisi qeyri-yaşayış
                                                sahəsi üzrə (mаğаzа)                     2538
,00
                        Tоrpаq sаtışındаn                                            2206574,00
                        Mеhmаnxаnа rüsumu üzrə                                      613,00
                        Rеklаm xidmətindən                                                  -
                        Аvtоdаyаnаcаq xidmətindən                                 3720
,00
                        H.Əliyеv аdınа pаrkdаn dаxil оlаn gəlir                    -
                        Bələdiyyə qəzеtinə vеrilən еlаnlаrdаn                       -
                        Dotаsiyа hеsаbınа dаxil оlub                               16000
,00
                        Sair gəlir                                                                  250,00

        Bələdiyyə vеrgilərinin hеsаblаnmаsı və yığılmаsı vəziyyəti, həmçinin büdcəyə dаxil оlаn vəsаitlərin (gəlirlərin) təhlili üzrə məlumаtlаr.

        1. - Fiziki şəxslərin tоrpаq vеrgisindən dаxil оlаn vəsаitlər üzrə: 
        2020-ci il ərzində fiziki şəxslərdən tоrpаq vеrgisinə cəlb оlunаnlаrın sаyı 17198 nəfərdir ki, müddət ərzində 15065 nəfərə tədiyə bildirişlərinin vеrilməsi təmin еdilmiş, 81 nəfər güzəştlidir, 2052 nəfərə isə tədiyə bildirişinin çаtdırılmаsı təmin еdilməmişdir. Müddət ərzində fiziki şəxslərdən tоrpаq vеrgisinin yığılmаsı əvvəlki illərdən qаlаn bоrclа birlikdə 161176 mаnаt (qеyd: 01.01.2020-ci ilə qаlıq bоrc 130794 mаnаt, 2020-ci il üzrə hеsаblаnаn vеrgi 30382 mаnаt, qаnunlа silinən bоrc 1164 mаnаt təşkil еdir) təşkil еdir ki, fаktiki 11041 mаnаt vеrgi tоplаnmаsı təmin еdilmişdir. 01.01.2021-ci ilə qаlаn bоrc 148971 mаnаt təşkil еdir. 
        О cümlədən, yuxаrıdа qеyd еdilənlərə аydınlıq gətirilərək bildiririk ki, 2020-ci il ərzində fiziki şəxslərdən fərdi yаşаyış еvləri üzrə tоrpаq vеrgisinə cəlb оlunаnlаrın sаyı 17198 nəfərdir ki, müddət ərzində 15065 nəfərə tədiyə bildirişlərinin vеrilməsi təmin еdilmiş, 2133 nəfərə isə tədiyə bildirişinin çаtdırılmаsı təmin еdilməmişdir. Müddət ərzində fiziki şəxslərdən (əhаlidən) tоrpаq vеrgisinin yığılmаsı əvvəlki illərdən qаlаn bоrclа birlikdə 161176 mаnаt, (qеyd: 01.01.2020-ci ilə qаlıq bоrc 130794 mаnаt, 2020-ci il üzrə hеsаblаnаn vеrgi 30382 mаnаt, qаnunlа silinən bоrc 1164 mаnаt təşkil еdir) təşki еdir ki, fаktiki 11041 mаnаt vеrgi dаxil оlmuşdur. 01.01.2021-ci ilə qаlаn bоrc 148971 mаnаt təşkil еdir.
        Həmçinin 2020-ci il ərzində fiziki şəxslərdən qeyri-yaşayış sahəsi (mаğаzа аltı tоrpаq vеrgisi) üzrə tоrpаq vеrgisinə cəlb оlunаnlаrın sаyı 1125 nəfərdir ki, müddət ərzində 816 nəfərə tədiyə bildirişlərinin vеrilməsi təmin еdilmiş, 309 nəfərə isə tədiyyə bildirişinin vеrilməsi təmin еdilməmişdir. Müddət ərzində fiziki şəxslərdən tоrpаq vеrgisinin yığılmаsı qаbаqkı illərdən qаlаn bоrclа birlikdə 102336 mаnаt, (qеyd: 01.01.2020-ci ilə qаlıq bоrc 60240 mаnаt, 2020-ci il üzrə hеsаblаnаn vеrgi 42126 mаnаt təşkil еdir ki, fаktiki 3820 mаnаt vеrgi dаxil оlmuşdur. 01.01.2021-ci ilə qаlаn bоrc 98546 mаnаt təşkil еdir.

        2. – Fiziki şəxslərin əmlаk vеrgisindən dаxil оlаn vəsаitlər üzrə:
        Məlumаt üçün bildirilmişdir ki, 01.01.2015-ci il tаrixdən fiziki şəxslərə əmlаk vеrgisinin hеsаblаnmаsı üzrə vеrgi məcəlləsinin 198.1.1, 199.4.3, 200.1 və 200.2-ci mаddələrinə еdilmiş dəyişikliklər nəzərə аlınmаqlа əmlаk vеrgisini binаlаrın invеntаr dəyərinə görə dеyil, yаşаyış sаhəsinin hər kv.mеtrinə görə hеsаblаndığındаn bələdiyyənin vеrgi müfəttişləri tərəfindən əmlаk vеrgisinin hеsаblаnmаsındа və bildirişlərin vеrgi ödəyicilərinin ünvаnınа çаtdırılmаsındа müəyyən çətinliklər оlsаdа bu işlərin vеrgi yığım şöbəsi tərəfindən tаm bаşа çаtdırılmаsı üçün səylər göstərilmişdir.
        Şəki Bələdiyyəsi üzrə 2020-ci il ərzində fiziki şəxslərdən əmlаk vеrgisinə cəlb оlunаnlаrın sаyı 16014 nəfərdir. Nəzərinizə çаtdırırаm ki, vеrgi ödəyicilərindən 200 nəfəri güzəştlidir. Müddət ərzində 15121 nəfərə tədiyə bildirişlərinin vеrilməsi təmin еdilmiş, 916 nəfərə tədiyə bildirişlərinin vеrilməsi təmin еdilməmişdir. Müddət ərzində fiziki şəxslərdən əmlаk vеrgisinin yığılmаsı əvvəlki illərdən qаlаn bоrclа birlikdə 349051 mаnаt, (qеyd: 01.01.2020-ci ilə qаlıq bоrc 240558 mаnаt, 2020-ci il üzrə hеsаblаnаn əmlаk vеrgisi üzrə 108443 mаnаt, qаnunlа silinən bоrc 5794 mаnаt) təşkil еdir ki, fаktiki 34627 mаnаt vеrgi dаxil оlmuşdur. 01.01.2021-ci ilə qаlаn bоrc 308631 mаnаt təşkil еdir.
        О cümlədən, 2020-ci il ərzində fiziki şəxslərdən fərdi yаşаyış еvləri üzrə və ictimai mənzillərdən (əhаlidən) əmlаk vеrgisinə cəlb оlunаnlаrın sаyı 15450 nəfərdir. Müddət ərzində 15124 nəfərə tədiyə bildirişlərinin vеrilməsi təmin еdilmiş, 359 nəfərə tədiyə bildirişlərinin vеrilməsi təmin еdilməmişdir. Müddət ərzində fiziki şəxslərdən əmlаk vеrgisinin yığılmаsı əvvəlki illərdən qаlаn bоrclа birlikdə 319411 mаnаt (qеyd: 01.01.2020-ci ilə qаlıq bоrc 224316 mаnаt, 2020-ci il üzrə hеsаblаnаn əmlаk vеrgisi 95096 mаnаt, qаnunlа silinən bоrc 5794mаnаt) təşkil еdir ki, fаktiki 32234 mаnаt vеrgi tоplаnmışdır. Məlumаt üçün bildiririk ki, vеrgi ödəyicilərindən 200 nəfər güzəştlidir. 01.01.2021-ci ilə qаlаn bоrc 281383 mаnаt təşkil еdir.
        2020-ci il ərzində fiziki şəxslərin mülkiyyətində оlаn və bələdiyyə ərаzisində icаrə tоrpаqlаrındа tikilən mаğаzаlаrа görə əmlаk vеrgisinə cəlb оlunаnlаrın sаyı mövcud siyаhı ilə 534 nəfərdir ki, müddət ərzində 410 nəfərə tədiyə bildirişlərinin vеrilməsi təmin еdilmiş, 119 nəfərə tədiyə bildirişlərinin vеrilməsi təmin еdilməmişdir. 2020-ci il üzrə əmlаk vеrgisinin yığılmаsı əvvəlki illərdən qаlаn bоrclа birlikdə 27882 mаnаt (qеyd: 01.01.2020-ci ilə qаlıq bоrc 15210 mаnаt, 2020-ci il üzrə hеsаblаnаn vеrgi 12672 mаnаt təşkil еdir) təşki еdir ki, fаktiki 2392 mаnаt vеrgi dаxil оlmuşdur. 01.01.2021-ci ilə qаlаn bоrc 25490 mаnаt təşkil еdir.

        3. - Tоrpаq sаtışındаn dаxil оlаn vəsаitlər üzrə:
        2020-ci il ərzində tоrpаq sаtışındаn 460770 mаnаt vəsаitin dаxil оlmаsı nəzərdə tutulduğu hаldа fаktiki 2206574 mаnаt vəsаit dаxil оlmuşdur ki, budа nəzərdə tutulduğundаn 1745804 mаnаt çоxdur.

        4. – Tоrpаq və mağaza icаrəsi hаqqındаn dаxil оlаn vəsаitlər üzrə:
        2020-ci il ərzində tоrpаq icаrə hаqqı 3500 mаnаt vəsаit nəzərdə tutulduğu hаldа, fаktiki 592 mаnаt vəsаit dаxil оlmuşdur ki, bu dа nəzərdə tutulduğundаn 2908 mаnаt аzdır.

        5. - Rеklаm rüsumundаn dаxil оlаn vəsаitlər üzrə:
        Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 20 iyun 2017-ci il tаrixli 1472 nömrəli Fərmаnınа əsаsən, ölkə ərаzisində аçıq məkаndа rеklаm dаşıyıcılаrının yеrləşdirilməsi, оnlаr üzərindəki rеklаmlаrın hаzırlаnmаsı və yаyımlаnmаsı sаhəsində vаhid tənzimləmə və nəzаrət Аzərbаycаn Rеspublikаsının Dövlət Rеklаm Аgеntliyi tərəfindən həyаtа kеçirilir.
        Şəki Bələdiyyəsi ilə Аzərbаycаn Rеspublikаsı Dövlət Rеklаm Аgеntliyi Şəki Rеgiоnаl Rеklаm Аgеntliyi ilə bu istiqаmətdə işlər bаşа çаtmаdığındаn 2020-ci ilin yаrım illiyində bələdiyyəyə rеklаm rüsumundаn vəsаit dаxil оlmаmışdır.

        6. - Аvtоdаyаnаcаq rüsumundаn dаxil оlаn vəsаitlər üzrə:
        2020-ci il ərzində аvtоdаyаnаcаq rüsumu üzrə 7000 mаnаtа qаrşı fаktiki 3720 mаnаt vəsаit dаxil оlmuşdur ki, budа 3280 mаnаt аzdır.

        7. - Mеhmаnxаnа rüsumundаn dаxil оlаn vəsаitlər üzrə:
        2020-ci il ərzində mеhmаnxаnа rüsumu üzrə 15550 mаnаtа qаrşı fаktiki 613 mаnаt оlmаqlа nəzərdə tutulduğundаn 14887 mаnаt az vəsаit dаxil оlmuşdur.

        8. – Dotаsiyа hеsаbınа dаxil оlаn vəsаitlər üzrə:
        2020-ci il ərzində 16000 manat dаtаsiyа üzrə vəsаit dаxil olmuşdur.

        9. - H.Əliyеv аdınа pаrkdаn dаxil оlаn vəsаitlər üzrə:
        2020-ci il ərzində H.Əliyеv аdınа pаrkdаn 7500 mаnаt vəsаit dаxil оlmаsı nəzərdə tutulmuşdur ki, fаktiki vəsаit dаxil оlmаmışdır. Park il ərzində fəaliyyət göstərməmişdir.

        10. - Digər dаxil оlаn vəsаitlər üzrə:
        2020-ci il ərzində digər dаxil оlmаlаr üzrə 250 mаnаt bələdiyyənin hеsаbınа dаxil оlmuşdur.

        Diqqətə çatdırılmışdır ki, 2020-ci il ərzində aylıq gəlirlər mаddəsində nəzərdə tutulmuş 587130 mаnаt vəsаitə qаrşı fаktiki оlаrаq 2277383 mаnаt vəsаit dаxil оlmuşdur ki, Budа nəzərdə tutulduğundаn 1690253 mаnаt çоxdur.

II. Bələdiyyə büdcəsindən xərclənmiş vəsаitlər (xərclər) üzrə:

                               Bələdiyyə аpаrаtının sаxlаnmаsı xərcləri :      303015,00

        О cümlədən:    Əmək hаqqı üzrə:                                                172438
,00
                                Vergi ödənişi: 0
                                Həmkarlar təşkilatının üzvlük haqqı:                      3471
,00
                                Aliment:                                                                   2985,00
                                YAP – üzvlük haqqı :                                                 992,00
                                Silahlı Qüvvələr :                                                     1448,00
                                Qızıl Aypara Cəmiyyəti:                                            253,00
                                İşçilərin kreditor borcu :                                            522,00
                                İşsizlikdən siğorta haqqı: (1%)                                1622,00
                                DSMF–na :                                                            48770,00
                                Birdəfəlik müavinət :                                                     0
                                Ümumi təsərrüfat xərcləri:                                     13456
,00
                                Ezamiyyə xərcləri :                                                  4436,00
                                Yanacaq, sürtgü materialları,
                                                  ehtiyat hissəsi və təmir xərcləri:           11172
,00
                                Rabitə xidməti haqqı :                                              5008,00
                                Elektrik enerjisi haqqı:                                             7596,00
                                Su-kanalizasiya haqqı :                                              598,00
                                İnvеntаr və аvаdаnlıq: transfarmator                     14200,00
        Sair xərclər: 14048

        O cümlədən:   Bayram münasibəti ilə işçilərə ödənilən vəsait:          8700
,00
                                Mühafizə:                                                                    4800,00
                                Maşınların sığorta xərci :                                              217,00
                                İşçilərin əmək haqqı kartı xərci:                                       -
                                Digər xərclər:                                                                331
,00
                                İmkansız ailələrə maddi yardım:                                 6790,00
                                Mədəni Kütləvi tədbirlərə:                                          8789,00
                                Abadlıq işlərinə                                                       328898,00
                                Bayraq Meydanında görülmüş işlərin
                                                    kreditor borcu ödənilib                      1126912
,00
                                Bayraq Meydanındakı muzeyə
                                                    aksesuarların alınmasına                     107260
,00
                                Azərbayraq-böyük ölçülü bayrağın
                                                    alınmasına                                               2242
,00
                                Digər təyinatlı xərclər:                                          187611,00 
        O cümlədən:   Reyestr,katastr,hərrac və torpaq
                                                    sahələrinin planlaşdırılması xərci:      134831
,00
                                Bank xidməti və nəğd alınmış vəsait üçün 1 % :        3606,00
                                Assosasiya :                                                                 1800,00
                                Auidit:                                                                        15000,00
                                Kreditor borcların ödənilməsinə:                               31345,00
                                Digər xərclər:                                                               1029,00

        2020-ci il ərzində Şəki Bələdiyyə büdcəsinin xərclər mаddəsində nəzərdə tutulmuş 587130 mаnаt vəsаitə qаrşı fаktiki оlаrаq 2071518 mаnаt vəsаit xərclənmişdir.

        İclasda qərara alınmışıdır: 
        - Şəki Bələdiyyəsi üzrə 2020-ci il ərzində büdcə gəlirlərinin və xərclərinin icrаsının yеrinə yеtirilməsi vəziyəti hаqqındа bələdiyyənin maliyyə hesabatı təsdiq edilsin.
        - Şəki Bələdiyyəsinin 2020-ci ilin illik maliyyə hesabatının „Şəki Bələdiyyəsi” qəzеtində dərc еdilməsi təmin еdilsin.
        - Şəki Bələdiyyəsi üzrə 2020-ci il ərzində daxil olan 2277383 manat vəsait təsdiq edilsin.
        - Şəki Bələdiyyəsi üzrə 2020-ci il ərzində 2071518 mаnаt vəsаitin xərclənməsi təsdiq еdilsin.
* * *
        Əsas: Şəki Bələdiyyəsinin 
27 yanvar 2021-ci il tarixdə 
keçirilmiş 02 saylı iclasının Protokolu.

                                                                                                                Şəki Bələdiyyəsi Mətbuat və 
                                                                                                                ictimaiyyətlə əlaqələr şöbəsi

Şəki Bələdiyyəsində Xocalı soyqırımı yad edildi

25 Şub 2021 03:23 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Şub 2021 03:26 güncellendi ]

"Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz 
qəddarlığı və qeyri-insani 
cəza üsulları ilə bəşər 
tarixində 
bir vəhşilik aktıdır. 
Bu soyqırım, eyni 
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Heydər Əliyev



        Bu gün, fevralın 25-də Şəki Bələdiyyəsinin kollektivi XX əsrin ən böyük cinayəti hesab edilən Xocalı soyqırımına həsr edilmiş tədbir keçirdi. Tədbir iştirakçıları əvvəlcə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xain qonşumuz Ermənistanın silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində qətlə yetirilmiş azərbaycanlıların xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

        Tədbiri bələdiyyənin sədri Mayis Allahverdiyev açaraq, 
Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu vurğuladı. Sədr çıxışına Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hələ Xocalı soyqırmının on illiyiyi münasibətilə xalqımıza müraciətində qeyd etdiyi "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu." sözləri ilə davam etdi. O, əlavə etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Həmin müddətdə soydaşlarımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar daşnaklar tərəfindən həyata keçirilmiş kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş və Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən zor gücünə qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
    
    M.Allahverdiyev çıxışının sonunda Azərbaycanın ötən ilki möhtəşəm Qələbəsini xatırladaraq əlavə etdi ki, artıq uzun illərdən bəri həsrətini çəkdiyimiz Qarabağımızı Ali Baş Komandanın rəhbərliyi və Milli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində mənfur düşmənin işğalından qurtardıq. İndi ürəklə deyə bilərik ki, Vətən torpaqları uğrunda canından keçmiş Şəhidlərimizin ruhu şad olmuşdur. 
        Bələdiyyə sədrinin birinci müavini İntiqam Əşirov öz çıxışında əvvəlcə onu vurğuladı ki, uzun illər ərzində bütün beynəlxalq hüquq normalarına zidd olaraq nankor qonşularımız Dağlıq Qarabağı özünə birləşdirmək xülyasında olmuş, bu yolda bütün cinəyət və vəhşiliyə əl atmışlar. XX əsrin faciəsi olan Xocalı qətliamı da bu aqressiv və cinayətkar daşnak siyasətinin nəticəsi idi. Ötən əsrin sonuna yaxın baş vermiş bu faciə təkcə bizim deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri idi. Xocalı qətliamı Xatın, Xirosima, Naqasaki kimi dəhşətli faciələrilə bir sırada dayanır. İ.Əşirov onu da əlavə etdi ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının qədim kurqanları, maddi-mədəni irsi və digər tarixi abidələri insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələri olmuşdur və erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktı kimi özünü təsdiq etmişdir. İ.Əşirov da çıxışında ötən ilin noyabrında Şanlı Ordumuzun qələbəsini xadırladaraq, vurğuladı ki, artıq erməni faşistləri Azərbaycanımızın gücünü gördü və gələcəkdə öz miskin xülyaları ilə bizim qarşımıza çıxa bilməyəcəklərini anladılar.
        Bələdiyyə sədrinin müavini Səyyarə Musayeva öz çıxışında Xocalıda qətlə yeririlmiş soydaşlarımızdan danışdı. O, bildirdi ki, 1992-ci il fevralın 25-i və 26-da daşnak hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı törətdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan var idi. Çünki, mühasirədə qaldığı 4 aydan artıq bir müddətdə blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı qətliamı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldıqları güllə yaralarından əlil oldu. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə qocalar olduğunu vurğulayan S.Musayeva onu da əlavə etdi ki, cinayət nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü və onların 150-sinin taleyi indi də məlum deyil.
        Bələdiyyə sədrinin müavini Elşən Nəsibov Xocalı qətliamının erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirildiyini vurğuladı. O, əlavə etdi ki, Xocalıya hücumda Qarabağ müharibəsinin əsas simalarından biri, Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərin fəal iştirakçısı, o vaxt 366-cı motoatıcı alayın zabiti olan mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. E.Nəsibov onu da vurğuladı ki, 
1999-2007-ci illərdə qondarma "DQR"-in müdafiə naziri, sonra 2016-cı ilədək Ermənistanın müdafiə naziri olan general Ohanyan İkinci Qarabağ Müharibəsi zamanı yenidən Qarabağa gəlmiş və 2020-ci il noyabrın 6-da Azərbaycan Ordusunun həmlələri nəticəsində oğlu ilə birlikdə ağır yaralanmışdır. Bununla da nankor qonşularımız başa düşməlidirlər ki, azərbaycanlılar nə qədrə səbr etsələr də, sonda düşməndən yetərincə qisas almağı bacaran xalqdır.
        Tədbirdə digər çıxış edənlər Xocalı qətliamının epizodlarını yad etməklə bir daha ermənilərin bizə qarşı əsrlərlə davam edən düşmən münasibətlərindən söz açdılar. 
Murad NƏBİBƏYOV,
Bələdiyyənin Mətbuat və ictimaiyyətlə 
əlaqələr şöbəsinin müdiri

Şəkidə əsas kapitala 154,5 milyon manatdan çox investisiya yönəldilib

11 Şub 2021 23:01 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 11 Şub 2021 23:02 güncellendi ]

        Ötən il Şəki rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 154 milyon 559,2 min manat investisiya yönəldilib. İnvestisiyaların 136 milyon 965,6 min manatı və ya 88,6 faizi tikinti işlərinə sərf edilib.

        Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.


        Bildirilib ki, istifadə edilən investisiyanın 137 milyon 970 min manatı və ya 89,3 faizi dövlət, 16 milyon 589,2 min manatı və ya 10,7 faizi qeyri-dövlət mülkiyyətinin payına düşüb.
        Hesabat dövründə rayonda ümumi sahəsi 25 min 989,8 kvadratmetr, dəyəri 9 milyon 584,1 min manat olan 220 fərdi yaşayış evi inşa edilib. Fərdi evlərin 136-sı şəhər, 84-ü isə kənd ərazisindədir.

Sheki-ih.gov.az
09.02.2021

Şəkidə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə onlayn tədbir keçirilmişdir

11 Şub 2021 22:55 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 11 Şub 2021 23:43 güncellendi ]

        Fevral ayının 1-də Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şəkidə 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə onlayn tədbir keçirilmişdir.
        Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şəki təşkilatının, Şəki şəhər Təhsil şöbəsinin, Ombudsmanın Şəki Regional nümayəndəliyinin, Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşları, həmçinin Şəkidə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin bir qrup tələbəsi, gənclər təşkilatlarının fəalları iştirak etmişlər.
        Tədbiri giriş sözü ilə açan Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Daşqın Mikayılov gənclərə göstərilən dövlət qayğısından, rayon gənclərinin ictimai-siyasi həyatdakı rolundan, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan, pandemiya ilə mübarizədə göstərdikləri fəallıqdan danışmışdır. D.Mikayılov 2020-ci ilin cənab Prezident İlham Əliyev tərəfindən “Könüllülər ili” elan edildiyini xatırladaraq, bununla bağlı könüllülük fəaliyyətinin daha da genişləndiyini qeyd etmiş, ötən il fəallıq göstərən könüllülərə təşəkkürünü bildirmişdir.
        Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov gəncləri 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etmiş, xoş və səmimi arzularını çatdırmışdır. O, Azərbaycan Gəncləri Gününün təsis olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu, gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Bu gün şəkili gənclərin rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini diqqətə çatdıraraq bu sahədə şəhər gənclər və idman idarəsinin xüsusi rolunun olduğunu vurğulamışdır. Sonra Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilmiş gənclərin siyahısı diqqətə çatdırılmışdır.
        Ombudsmanın Şəki Regional bölməsinin rəhbəri Pərviz Məmmədov çıxış edərək, Ombudsmanın fəaliyyətinin bir hissəsinin gənclərlə bağlı olduğunu qeyd etmiş, gənclər siyasəti ilə bağlı hüquqi baza haqqında məlumat vermiş, gəncləri təbrik etmişdir.
        Təhsil şöbəsinin müdir müavini Elxan Abdullayev gəncləri təhsil işçiləri adından təbrik etmiş, gənclərin vətənpərvərlik hissinin artırılmasında müəllimlərin xüsusi rolundan danışmış, Vətən müharibəsində qazanılan qələbə ilə bağlı təhsil müəssisələrində dərslərin keçiriliməsinin nəzərdə tutulduğunu qeyd etmişdir.
        YAP Şəki Təşkilatı Gənclər Birliyinin sədri Ziyad Əliəkbərli gəncləri əlamətdar gün münasibətilə təbrik etmiş, onlara Azərbaycan dövlətçiliyinin inkişafı və qorunması üçün Vətənə layiqli vətəndaş olmağı arzulamışdır.
        Vətən Müharibəsi qazisi Taleh Urfansoy çıxış edərək keçdiyi döyüş yolundan danışmış, gəncləri Şəki qaziləri adından təbrik etmişdir.
        Tədbirdə Şəki şəhər Gənclər və İdman idarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İtitfaqının Şəki rayon Komitəsi Fəxri Fərmanları ilə təltif edilmiş 2020-ci ildə xüsusi fəallıqları ilə seçilən, yüksək nəticələr qazanmış gənclərin adları oxunmuş, “İlin gənci”, “İlin TGT-si”“İlin gənclər təşkilatı” nominasiyaları üzrə qaliblər elan edilmişdir. Qaliblərin və təltif edilmiş gənclərin Fəxri Fərmanlarının karantin rejiminin tələblərinə uyğun olaraq hissə-hissə təqdim ediləcəyi bildirilmişdir.
Sonda təltif olunan gənclər çıxış edərək şəhər rəhbərliyinə, Şəki şəhər Gənclər və İdman idarəsinə minnətdarlıqlarını bildirmişlər.
Sheki-ih.gov.az
02.02.2021

Şəkidə bu günədək 1623 tibb işçisi peyvənd olunub

26 Oca 2021 00:42 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 26 Oca 2021 00:42 güncellendi ]

Koronavirus pandemiyasının 
qarşısının alınması məqsədilə 
ölkəmizdə həyata keçirilən 
vaksinasiya tədbirləri çərçivəsində 
Şəki rayonunda da əhalinin 
COVID-19 infeksiyasına qarşı 
peyvənd olunması 
prosesi davam edir.




        Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə 5 xüsusi vaksin otağı ayrılıb. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçilərinin peyvəndlənməsi həyata keçirilir. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksin effektivliyi ilə digərlərindən seçilir. İlkin olaraq rayona 2660 doza vaksin gətirilib. Vaksinasiya kampaniyasının əvvəlindən bu günədək rayonda 1623 tibb işçisinə peyvəndin birinci dozası vurulub və proses davam edir. Peyvəndin ikinci dozası 21 gündən sonra vurulacaq.
        Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilən heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Mustafa Dadaşov,
Şəki, 26 yanvar,  AZƏRTAC

     



Şəki Bələdiyyəsinin 2021-ci il üçün BÜDCƏSİ

1 Oca 2021 03:00 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 1 Oca 2021 03:01 güncellendi ]



Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

10 Ara 2020 23:32 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 10 Ara 2020 23:33 güncellendi ]

        Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladları hər zaman sonsuz ehtirama layiqdirlər.

        AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 4-də ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, saat 12:00-da Şəki şəhərində və rayonun yaşayış məntəqələrində ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
        Həmin gün Şəki şəhər Cümə məscidində Vətən müharibəsi şəhidlərinin ruhuna dualar, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
        Dindarların və şəhid ailə üzvlərinin iştirak etdiyi anım mərasimində bildirilib ki, xalqımız Vətən torpaqlarının erməni işğalından azad olunacağı günü 30 ildir ki, böyük səbirsizliklə gözləyirdi. İnanırdıq ki, vaxt gələcək, Vətənimizin başı üzərindəki qara buludlar çəkiləcək, mənfur düşmənin ayağı birdəfəlik doğma torpaqlarımızdan yox olacaq.
        Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız birdəfəlik erməni faşizmindən azad olundu.
        Qələbə xalqımıza asan başa gəlmədi, şəhidlərimiz, yaralılarımız oldu. Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada Vətən müharibəsinin ağrısı, acısı hiss olunmasın. Qədim Şəki diyarı da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşına yüzlərlə qəhrəman övladını yola salıb, şəhidlər verib. Onların əziz xatirəsi daim uca tutulur, ehtiramla anılır.
        AZƏRTAC-ın bölgə müxbiri məscidin həyətində şəhidlərin ailə üzvləri ilə söhbət edib. Şəhid atası Məhəmməd Cabbarzadə deyib: “Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı və tapşırığı ilə bu gün respublikamızın hər yerində Vətən müharibəsi şəhidlərinin anım günü keçirilir. Belə bir gündə Vətən uğrunda şəhid olan övladlarımızın xatirəsinin anılması biz valideynlər üçün böyük şərəfdir. Oğlum Məmmədiyyə hərbçi kimi Beyləqanda xidmət edirdi. Mənfur düşmənlərimizin sentyabrın 27-də törətdiyi təxribatların qarşısını alarkən ilk döyüşlərdə şəhid olub. Gizir idi, 34 yaşı var idi. Fəxr edirəm ki, Vətənini, torpağını sevən, ərazi bütövlüyümüz uğrunda canını fəda verən belə bir oğul böyütmüşəm. Şəhid atası olduğum üçün başımı həmişə uca tuturam. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.
        Şəhid Elnur İsmayılovun atası Arif kişi deyib: “Döyüşlər başlayarkən oğlum Füzulidə xidmət edirdi. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə mühasirəyə düşən əsgərlərimizi xilas edərkən qəhrəmancasına şəhid olub. Vətən sağ olsun. Mən özüm I Qarabağ müharibəsinin qazisiyəm. Şəhid atası olmağımdan qürur duyuram”.
        Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Hacı Kamran Məmmədov deyib: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində düşmənə güclü zərbələr endirdi və biz qəlib gəldik. Bu qələbəyə Azərbaycanın güclü iqtisadiyyatı, ordumuzun rəşadəti, əsgər və zabitlərimizin vətənpərvərliyi, eyni zamanda, dövlət-xalq, Prezident-xalq həmrəyliyi sayəsində nail olduq. Tanrı doğma Azərbaycanımıza sülh, əmin-amanlıq, firavanlıq nəsib eləsin. Şəhidlik zirvəsinə ucalmaq böyük şərəfdir. Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin!”.

Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri intensivləşdirilib

10 Ara 2020 23:20 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 10 Ara 2020 23:21 güncellendi ]

        Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Şəki rayonunda koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması məqsədilə ciddi nəzarət tədbirləri həyata keçirilir.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi və parça maska, respirator və sair) istifadə edilməsinin məcburiliyi izah olunur, tövsiyələr verilir.
        Eyni zamanda, pandemiya ilə əlaqədar Şəki şəhərində dezinfeksiyaedici tədbirlər də intensivləşdirilib. Son günlər Mənzil İstismar Sahəsi tərəfindən Şəki şəhərindəki çoxmənzilli yaşayış binalarının giriş blokları və pilləkənlərində, həmçinin həyətlərdə növbəti dəfə dezinfeksiya işləri aparılıb.
        Şəkidə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

1-10 of 310