Bu gün axşam saat 20:00 radələrində VII ənənəvi Şəki “İpək Yolu” beynəlxalq musiqi festivalına start verildi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı 2010-cu ildən ənənəvi olaraq hər il keçirilən Şəki “İpək Yolu” beynəlxalq musiqi festivalının açılış mərasimi Qədim Şəkinin qoruq ərazisində - Şəki Qalası yaxınlığındakı Yay teatrında keçirilir. Fotolar Vüqar İskəndərovundur. Mənbə: Facebook.com |
Xəbərlər >