Məqalələr‎ > ‎

Azərbaycan MŞ-nın Fransa KİV-nə MÜRACİƏTİ - ОБРАЩЕНИЕ Совета по печати Азербайджана к французским СМИ

27 Kas 2020 01:37 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 27 Kas 2020 01:38 güncellendi ]
Azərbaycan Mətbuat Şurasının Fransanın kütləvi informasiya vasitələrinə müraciəti

        Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri, dövlət və hökumət qurumları, qeyri-hökumət təşkilatları kimi, ölkəmizin media ictimaiyyətinin nümayəndələri, müstəqil jurnalistləri də Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnaməsindən narahatlıq keçirdiklərini və təəssüfləndiklərini bildirir.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri daim diqqət mərkəzində saxlayan Azərbaycan jurnalistləri hesab edirlər ki, belə bir sənədin qəbulu nəinki ölkəmizin beynəlxalq səviyyədə, o cümlədən Fransa dövləti tərəfindən tanınmış ərazi bütövlüyünün nəzərə alınmamasına, habelə münaqişənin ədalətli həllinə maneçilik törətməyə hesablanmış hərəkətdir. Qətnamə eyni zamanda bölgədə davamlı sülhün, sabitliyin və əminamanlığın, Azərbaycan və erməni xalqlarının eyni coğrafiyada dinc şəraitdə yaşamalarına yol verməməyi hədəf seçən, gələcəkdə təxribatlar üçün zəmin yaradan məsuliyyətsiz davranışdır.
        Aydındır ki, sözügedən sənəd Fransa Senatında təmsil olunan ermənipərəst çoxluğun lobbiçiliyinin məhsuludur. Erməni lobbi və diaspor təşkilatları Fransanın ən müxtəlif dairələrində kifayət qədər aktiv təmsil olunurlar. Vəziyyətin obyektiv səbəblərinin olması reallığını, müəyyən tarixə, keçilmiş yola əsaslandığını qəbul edirik. Ancaq hesab edirik ki, bu, hadisə və proseslərə baxışda aşkar qeyri-obyektivliyə, ədalətsizliyə, heç bir ölçüyə sığmayan yanaşmaya gətirib çıxarmamalıdır. Mediamız məlum qətnamənin qəbulu ilə Azərbaycana münasibətdə məhz bu ayrıseçkiliyi görür.
Təəssüf ki, Fransanın kütləvi informasiya vasitələrinin bir çoxunun da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri söyləmədiklərinə, yalanları yaydıqlarına dair kifayət qədər əsaslar var. Biz münaqişəsi bölgəsindən obyektiv reportaj hazırlayan “TF1” telekanalının əməkdaşı Liseron Budulun erməni lobbisinin təmsilçiləri tərəfindən təzyiqə, hədə-qorxuya, aşağılayıcı rəftara məruz qalmasına Fransanın media ictimaiyyətinin, ümumən vətəndaş cəmiyyəti institutlarının böyük ölçüdə susqunluq nümayiş etdirdiklərini görmüşük. Jurnalistikaya təzyiq kimi ikrah doğuracaq davranışı həyata keçirənlərin Fransanın tarixi şəxsiyyətlərinin, mütəfəkkirlərinin baxışlarının təntənəsi kimi meydana çıxan demokratizmi, bəşəri prinsipləri təhdid etmə “cəsarətindən” hiddətlənmişik. Bir qrup erməninin qədim tarixə, ənənəyə malik ölkənin yaşatdığı dəyərləri asanlıqla, hər hansı hədd bilmədən heçə sayması həqiqətən çox üzücüdür. Bilmənizi istərdik ki, üzüntümüz, təəccübümüz və təəssüfümüz Fransa Senatının məlum qətnaməsi ilə daha da artdı.
Biz, ölkəmizin tanınmış media orqanlarını sıralarında birləşdirən Azərbaycan Mətbuat Şurasına üzv kütləvi informasiya vasitələri, ümumilikdə Azərbaycan jurnalistləri Fransa mediasını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalət nümayişinə çağırırıq.
        Biz, Azərbaycan jurnalistləri bütün dünyada mütərəqqi ictimai təsisat kimi qəbul edilən jurnalistikanın bəşəri dəyər və prinsiplər naminə səfərbərlik missiyasına inanırıq. Arzu edərdik ki, eyni səfərbərliyi Fransa mediası Dağlıq Qarabağ həqiqətlərinə münasibətdə də həyata keçirsin. Sizləri əmin edirik ki, bu, dünyada mürəkkəb bölgə kimi qəbul edilən Cənubi Qafqaz regionunda yaşayan insanların gələcək taleyi baxımından olduqca vacibdir. Siyasilərin avantürist baxışlarının bəşəri dəyər və prinsipləri təhdid etməsinə, etnik separatizmi alovlandırmasına meydan verməyin! Nəzərə alın ki, Fransa da Azərbaycan kimi ən müxtəlif dindən də dildən olan insanların birgə yaşadıqları ölkədir və heç bir fransalı istəməz ki, onun Vətəni bölünsün! Heç bir azərbaycanlı, çoxmillətli Azərbaycan xalqının heç bir nümayəndəsi də bunu istəmir!
        Biz bu bölgədəki həqiqətlərin öyrənilməsi, ictimai maraqların, xalqların mənafelərinin qorunması ilə bağlı təsəvvürlərinizin genişlənməsi üçün sizinlə hər cür əməkdaşlığa, fikir mübadiləsinə, açıq müzakirələrin aparılmasına hazırıq. Belə bir istək və məramı ifadə etmənizdən yalnız məmnun ola bilər, köməyimizi əsirgəmərik.
        Nəhayət, biz sizlərin Fransa Senatının Dağlıq Qarabağla bağlı çıxardığı ədalətsiz qəntaməsinə ictimai reaksiyanın formalaşması üçün dəstək göstərmənizdən məmnun olardıq. Bunun haqqa, ilahi ədalətə əsaslanan mövqe olduğuna inanırıq. İstərdik ki, siz də inanasınız. Bu mövqe eyni zamanda Fransa və Azərbaycan xalqları arasındakı dostluq və əməkdaşlığın qorunmasına və inkişaf etdirilməsinə yönələn mövqedir. Bunu da nəzərə almağınızı xahiş edir, hər birinizə uğurlar, möhkəm cansağlığı arzulayırıq.
Bakı, 26.11 20
Mənbə: https://www.facebook.com/aflatun.amashov

* * *

Обращение Совета по печати Азербайджана к французским СМИ

        Представители различных секторов азербайджанского общества, государственных и государственных структур, НПО, СМИ и независимых журналистов выражают обеспокоенность и сожаление по поводу постановления No 145 Сената Франции ′′ Необходимость признать ". Нагорно-Карабахскую Республику ".

        Азербайджанские журналисты, которые всегда фокусировались на нагорно-карабахском конфликте, считают, что принятие такого документа направлено не только на пренебрежение территориальной целостностью нашей страны, признанной на международном уровне, в том числе Францией, но и на то, чтобы препятствовать справедливому урегулированию из конфликта. В то же время резолюция - безответственное поведение, направленное против установления прочного мира, стабильности и безопасности в регионе, чтобы азербайджанский и армянский народы жили в мире вместе. Данное постановление призвано заложить основы для будущих провокаций.
        Понятно, что этот документ является результатом лоббирования проармянского большинства во французском Сенате. Армянские организации лобби и диаспоры довольно активны в различных кругах Франции. Однако мы считаем, что это не должно привести к формированию явного предвзятого положения, несправедливости, несовместимости подходов к событиям и процессам. При принятии этой резолюции наши СМИ видят дискриминацию Азербайджана.
        К сожалению, есть некоторые причины, по которым французские СМИ не говорят правды о нагорно-карабахском конфликте и предпочитают распространять ложь. Мы видели, что французское медиаобщество и институты гражданского общества в целом молчат о давлениях, угрозах и унижениях сотрудника телеканала TF1 Лизерон Будуль, который подготовил объективный репортаж из зоны конфликта. Мы возмущены ′′ мужеством ′′ тех, кто совершает отвратительные поступки, такие как давление на журналистику, чтобы угрожать демократии и человеческим принципам, которые стали торжеством взглядов французских исторических деятелей и мыслителей. Очень печально, что группа армян легко и неосознанно игнорирует ценности страны с древней историей и традициями. Мы хотели бы, чтобы вы знали, что наша печаль, удивление и сожаление стали еще сильнее, когда мы знали о принятии резолюции французским Сенатом.
        Мы, члены совета по печати Азербайджана, объединяющего известного медиа представителя нашей страны и азербайджанских журналистов в целом, призываем французские СМИ демонстрировать справедливость в связи с нагорно-карабахским конфликтом.
        Мы, азербайджанские журналисты, верим в миссию мобилизации журналистики ради всеобщих человеческих ценностей и принципов, которые признаны прогрессивным общественным учреждением во всем мире. Хотим, чтобы французские СМИ придерживались такого же подхода в отношении реалий Нагорного Карабаха. Уверяем вас, это очень важно для будущего жителей Южнокавказского региона, одного из самых сложных регионов мира. Не бросайте вызов приключенческим взглядам политиков, которые угрожают человеческим ценностям и принципам, которые разжигают этнический сепаратизм! Обратите внимание, что Франция, как и Азербайджан, - страна, где люди разных религий и языков живут вместе, и ни один француженка не хочет, чтобы родину разделили! Ни один азербайджанец, ни один представитель многонационального Азербайджана тоже этого не хочет!
        Мы готовы к любому сотрудничеству, обмену мнениями и открытым дискуссиям с вами, чтобы изучить реалии региона, расширить понимание защиты общественных интересов и интересов народов. Мы будем в восторге только если вы выразите такое желание и цель, и мы готовы оказать свою помощь.
        Наконец, будем рады поддержать формирование общественной реакции на несправедливую критику Нагорного Карабаха со стороны французского Сената. Мы считаем, что эта позиция основана на истине и божественной справедливости. Мы хотим, чтобы вы верили в это. Эта позиция также направлена на поддержание и развитие дружбы и сотрудничества народов Франции и Азербайджана. Просим учесть это, желаем каждому из вас успехов и крепкого здоровья.
Баку, 26.11.20
Источник: https://www.facebook.com/aflatun.amashov