Poeziya


ŞAİRLƏR

6 Nis 2021 01:58 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 Nis 2021 02:06 güncellendi ]

Ağa RAMAZAN

Əli Kərim, 

Məmməd Araz, 

Bəxtiyar Vahabzadə.

                           
                            Əli Kərim öləndə,
                            Məmməd Araz hönkürüb,
                            Saçlarını yolurdu.
                            Məmməd Araz öləndə,
                            Vahabzadə Bəxtiyar,
                            Növbə mənimdir deyə,
                            Şairə qovrulurdu.
                            Vahabzadə ölən gün,
                            Sanki şeir dünyası,
                            Göylərə sovrulurdu.
                            Görən qaytara bildi,
                            Kimsə ana borcunu?
                            Kimsə iki sevgiylə,
                            Yoxladımı bürcünü?
                            Ömür əziyyətlə itdi,
                            Hər şey “Vəsiyyət”lə bitdi.
                            Əli Kərim dünyası,
                            Çevrilib oldu bir gün,
                            Əli Kərim röyası.
                            Sənə, mənə qalmayan,
                            Bu dünyanın dərkini,
                            Qayasında bitməyən,
                            Azərbaycan ərkini,
                            Bu da bir ömürdü ki,
                            “Yaşadım”la dərkini,
                            Görən duydumu insan?
                            Sonu buydumu insan?
                            Ürək oldu tənbölən,
                            Ömür də sona yetdi.
                            Araz dərdiylə gələn,
                            Başqa dərdinən getdi.
                            İçimizin dərdləri,
                            Çölümüzü kor etdi.
                            “Dünyaya kimlər gəldi,
                            Dünyadan kimlər getdi”
                            Qəddimizi əymədik,
                            Bir salama dəymədik.
                            Dilimiz təzələndi,
                            Başqa dildə danışdıq.
                            Dinimiz təzələndi,
                            Günahlarla barışdıq.
                            Gülüstanla başladı,
                            Qarabağla qurtardı.
                            Nə qədər yazılsa da,
                            Deyiləcək, var ardı.
                            Günə, aya bölünən,
                            Ömür dərdi bitməyir.
                            Oda, suya bölünən
                            Sevda dərdi bitməyir.
                            Toya, yasa bölünən
                            Dünya dərdi bitməyir.
                            Şairlər gəlir, gedir,
                            Sözü heç vaxt itməyir.
                            Siz ey dönməz şairlər,
                            Siz ey ölməz şairlər,
                            Bizdən əvvəl gələnlər,
                            və yaxud və sairlər.

ƏSGƏRİM!

23 Oca 2021 03:45 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2021 03:46 güncellendi ]

Vətən müharibəsində 
düşmənə qarşı mərdliklə döyüşüb 
evinə qayıdan, 
Şəkinin Oxud kəndindən olan 
qazi Samir İsayevin həyat yoldaşı, həvəskar-şairə 
Gülü Qurbanqızının 
QAZİMİZƏ həsr etdiyi 
"ƏSGƏRİM" şeiri.











                     ƏSGƏRİM

   Üşüyürmü silah tutan əllərin?
   Əllərinə qurban olum, əsgərim !
   Qar-şaxtadan buz bağlayıb tellərin,
   Tellərinə qurban olum, əsgərim !

   Gözüm yolda, qulaq səsdə qalmışam,
   Hər xəbəri qaçırmayıb, baxmışam.
   Sən gələnə qədər oruc tutmuşam,
   Qələbənə qurban olum, əsgərim !

   Mənə nə söz verdiyini unutma,
   Indi hünərin var, sözünü tutma !
   Bugün- sabah deyib məni ovutma,
   Yollarına qurban olum, əsgərim !

   Qələbə çalmadan dönmərəm dedin.
   Vətənini , torpağını çox sevdin.
   Könüllü yazılıb döyüşə getdin.
   Mərdliyinə qurban olum, əsgərim !

   Sən gedəndən, hey yuxuma gəlirsən,
   Röyamda da danışırsan, gülürsən.
   Bilirəm, mənim tək sən də sevirsən,
   Ürəyinə qurban olum, əsgərim !

   Gəldiyini eşidəndən çaşmışam,
   Qəm-kədərdən uzaqlaşıb, qaçmışam.
   Dəli Kürəm, coşub yaman daşmışam,
   Şadlığına qurban olum, əsgərim.

   Xoş gəlişin, xoş qədəmin mübarək !
   Hər kəs səni qarşılayır sevərək !
   Doğmalar qoç kəsir niyyət edərək,
   Qurbanına qurban olum, əsgərim !

   Alın açıq, başı uca gəlmisən,
   Torpağını qeyrət, namus bilmisən.
   Atana, anana qürur vermisən,
   Qeyrətinə qurban olum, əsgərim !
  
   Dualarım , arzularım çin oldu !
   Gülünün gözləri sevincdən doldu !
   Sən gedən yol, çox qürurlu yol oldu !
   Bayrağına qurban olum, əsgərim !
   Torpağına qurban olum, əsgərim !
   Varlığına qurban olum, əsgərim !

        

       

       


Faşistdən də faşist imiş erməni!

6 Tem 2017 06:16 tarihinde Bilinmeyen kullanıcı tarafından yayınlandı   [ 23 Oca 2021 03:22 tarihinde Aydin Salis tarafından güncellendi ]











Qurbanov Məhəmməd Əliхan oğlu,
Şəki rayonu, Kiçik Dəhnə kənd məktəbinin
VII sinif şagirdi.
(1992-ci il noyabrın 25-də Şəki rayonunun 
Kiçik Dəhnə kəndində anadan olmuşdur.) 


Ey insanlar! Unutmayın heç zaman,
Faşistdən də faşist imiş erməni!
Birləşib düşmənə verməyək aman!
Faşistdən də faşist imiş erməni!

Qocaya, хəstəyə verməyib aman,
Soyub dərisini, təpdilər saman.
Belə də əzazil olarmı insan?
Faşistdən də faşist imiş erməni!

Neçə əsgər gözlərini oydular,
Neçə başı diri-diri soydular.
Körpələri borularda boğdular,..
Faşistdən də faşist imiş erməni!

Körpələri çıхarıblar qarından,
Neçə gəlin ayrı düşüb yarından.
Qaçqın-köçgün məhrum olub yarından,
Faşistdən də faşist imiş erməni!

İndiyədək eşitmisiz, insanlar?
İnsan da insanın başını oyar?
Hem belə etməyib faşist almanlar.
Faşistdən də faşist imiş erməni!

Az vaхt qalıb, alacaqlar payını,
Tanrı qoymaz yerdə haqqı, sayını.
Gərək qovaq yurdumuzdan yağını,
Faşistdən də faşist imiş erməni!
Mənbə: "Açılmamış səhifələr" kitabı, Bakı-2005.

Atamın Hekayesi

19 Haz 2016 02:31 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2021 03:22 tarihinde Aydin Salis tarafından güncellendi ]








Hikmet ELP
İstanbul-Azerbaycan 
Kültür Evinin Rehberi

Qeni atam,qoca atam hardan aldın bu irfanı
Ne medrese görüpsen,ne bir ilim ocağı
Göz açıp görmeyipsen ata-ana qucağı
Qıtlığın elasıdır sende yiye yoxluğu
Sinende södürüpsen,dadmayıb uşaxlığı
El qapısı-qul qapısı gezinipsen zaman zaman
Taydaşların geyinip-keçinipler cavan cavan
Mitqal köynek içinde su kimi axıp giden
Neçe iller sayıpsan,inanmazki eşiden
Baş açıq-yalın ayaq,xodaq olduğun zaman
Körpe yetim qardaşın eyleyip sene güman
Basıp sinen üstüne can deyipsen sesine
Qapılıpsan körpenin feyzine,hevesine
Ele nispet qoşupsan,qabarıpsan-çoşubsan
Yazdaki Araz kimi dört yanına daşıpsan
Oxumaqla-yazmaqla tanışıpsan o yerde
Qatı bir yay olupsan,veten yolu esgerde
Qayıdıpsan göz açıp,könül verdiyin éle
Qardaşın kömeyinde düşüpsüz dilden dile
Vaxt keçib dövran dönüb, év qurmaq isteyibsen
Yetimlikle böyüyen birine göz qoyubsan
Varlıxsız, könül dostu bir gelin getiripsen
Yurtsuz, köçer quş kimi damlarda oturubsan
Xan kimi bir ev damı,qış dondurur adamı
Gündüzü géce kimi yoxdur bacası,camı
Dağa-daşa düşüpsen,nacax,balta elinde
Axşam yuyulan köynek sabah yene eyninde
Kötükler qar altında,kötükler yanacağın
Kökleyip daşıyıpsan isdi qalıb ocağın
Qız verip,oğul verip qismetin-can yoldaşın
Cavan,igit, lap qala emsali o qardaşın
Gönderipsen esgere él içinde feraxla
Yoxluq daddırmayıpsan sağ canına qerrahla
Qayıdıp öz yurduna veten xidmeti dalı
Senden yol-yordam alıp,qoçaxlığın timsalı
Özün yanıxarmışsan,oxumayıp qardaşım
Ona év-yuva qurmaq boyun borcum,ilk işim
Ele toy eylemeli,âleme nişan qalsın
Bir gelin getirmeli él içinde nam salsın
Oxutsun ki qardaşım cehaletten arınsın
Dosta can,düşmenime can alıcı görünsün
Velhasıl toy eyledin,birliye dirlik dedin
Bu qurquya lazımdır, indi mal-varlıq dedin
Sen bu hesaplardasan,gelinin çox bilendi
Sende uşaq çox deyip ayrılmağa bilendi
İllerdir yad eyledin xeyalda kömek-birlik
Qardaş saf,qardaş cahal parçalandı o dirlik
..........................
Dünyaya doymuş kimi şövq yerine derd ektin
İçinde beslediyin şadlığı dara çektin
Yavan-yağlı böyütdün altı körpe-altı can
Yoxluqda varlıq oldun,namerde el açmadan
İkisi qız,dörd oğul tam kömeklik çağında
Biri kömek olmadı sene el torpağında
Yene de can yoldaşın qol oldu,qanad oldu
Yadların torpağına can qoydu,çile doldu
Can dediyin qardaşın sevdi dünya malını
Canına qesbeyledi,düşünmedi dalını
Düştü hekim eline,eza çekti yad elde
Dostu bundan sonrası görecekdi yad elde
Yene iş düştü başa, qardaş dedin can dedin
Aman darlanma sene mallarım qurban dedin
Sen menim yox atamsan,dirayetim-dirimsen
Dünyada bel bağladığım tek qardaşım,varımsan
Vahit qoyma dünyada,sensiz qalmayım yetim
Cavansan senden qabax özüm torpağa yetim
Mahmudum çox körpedi,göz açsın seni görsün
Dil açıp danışanda emisin senden sorsun
Qardaşın son defelik dünya gözüyle baxıp
Dedi Qardaş bes niye gözlerinden yaş axıp?
Men sağaldım,düzeldim,tasalanma qalxacam
El içine inşallah sağ yanında çıxacam
Mene sen ata oldun-ana oldun, can oldun
Nihayeti dalımcaq sen de perişan oldun
Can verdi qollarında,qoptu içinden eyvax
Baxdınki kâr eylemir ne qeder çeksen de ax
Sindirdin üreyine qardaşın qoxusunu
Tökdün min isyan ile gözlerin ağusunu
Qardaşdan sarı ilki yetim qaldın,düz yetim
O vaxt düşmen içinden dedi indi döz yetim
Dört körpe,bir de gelin qardaşdan dala qalan
Altı idi on oldu can dediyin öz balan
Ata yoxluğu hissin onlara vermemek çün
Xetirlerin xoş tuttun,üzü gülsün,sévinsin
Tam sekgiz il qehir çektin,ezildin yük altında
Bilen bilir etdiyini, Allah bilir qatında
..........................
Yurd üzre bir can yoldaşın,yene bir de sen qaldın
Cavanlaşdıqca körpeler illerde sen qocaldın
Axan zaman,qocalan sen,gördün bu dünya yalan
Oğlun-qızın ucaldıqca yene sensen ucalan
Bu vaxdında xeyalların qurtarmadı dinmedi
Nice eldar sen kimi çırpınıp didinmedi
Yaşa atam sen yaşa,bundan sonra şen yaşa
Dözülmez intizarla den düştü eziz başa
Saç ağardı,diş döküldü,gördüm belin püküldü
İller boyu yanan könlün inzivaya çekildi
Qara günler yaşadın,yeridin ağ günlere
Uşaxlar qabağında oldun çırağ günlere
Kök saldın bu torpağa gol oldun,qanad oldun
Yoxluqda qurqu oldun,bu qurquya ad oldun
Tasalanma,kederlenme yaşayacaq ünvanın
İnşallah boş deyil mene eylediyin gümanın
Sen ki eli öz bilip,yadı özge bilipsen
Andolsun ki özün mende qeyret,timsal olupsan
Fikrime aşladığın her sözün bir incidir
Xeyallarından ırax qalmaq meni incidir.
Mənbə: Antoloji.com

Allah səbir verməsin!

13 Nis 2016 09:33 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2021 03:22 tarihinde Aydin Salis tarafından güncellendi ]

Şəhidlərimizə və çox səbirli xalqıma ithaf edirəm. 












Elşən ABDULH
ƏMİDOV,
Şəki rayonu, Öryət kənd məktəbinin müəllimi


Coş, ey xalqim! Daş, ey xalqim!
Fırtına ol! Sən qoyma gəl
                    daş üstündə daş ey xalqim!
Yiğma daha ürəyinə qəzəbini !
Püskür bütün nifrətini şərəfsizin üzərinə,
Kəs, uf demə...
Qoyma, qoyma erməninin,
                            erməniyə bənzərlərin
                        çiyni üstə baş ey xalqim!
Bilirsən ki,
bu gün dünya güclülərin yanındadır. 
Bilirsən ki, acizlərin qənimidir. 
Bilirsən ki, yazıqlarin arxasına
Bıçaq kimi sancılmağa daim hazır, 
Büdrəyənə balta vurur,
Ayağının altın qazır.
Sənə quyu qazanları izsiz itir,
                              qırılsınlar topa topa 
Ölməsinlər birbəbir heç. 
Yer-yurdları bilinməsin,
Üzərində ağlamağa
Allah qəbir verməsin heç. 
Dur ayağa! Yetmədimi?
Allah səbir verməsin heç!
Qoy dəsmalı, silah götür, ya öl, ya qal!
Sənə məxsus olanları qanınla al, canınla al!
Qara daş bas ürəyinə
Boğ kədəri
Qoy dolmasın gözlərinə yaş ey xalqım! 
Dik dur bir az!
Daha bəsdi
                        səfil kimi töküldüyün!
Daha bəsdir öz içindən
                         ilmə ilmə söküldüyün. 
Bəsdir səni aldatdılar, 
Bəsdir daha ot ələf-tək
            dostun , yadin əllərində biçildiyin!
Dur ayağa, tufan yarat!
Ya bu tufan düşmənləri məhv eləsin,
Məğlubiyyət utancını, ləkəsini
                                             sifətindən,
Alçaldılmaq qorxusunu
                                    ürəyindən
Dəf eləsin. 
Ya bu tufan bütövlükdə 
                            silsin səni yer üzündən
Bəlkə onda
                    qəbirində tərs çevrilən əcdadlarin,
Qisas deyə haray çəkən, Şəhidlərin ruhu sənin
                                        günahını əfv eləsin!
Türklüyünü yada salsan, 
Sənə divan tutanlara
Divan qursan, 
Şimaldaki, cənubdaki
Dünyanin dörd yanindakı
Gücə tapan qoca qurdlar –
Senatorlar, tülkü lordlar, 
Xocalıya səssiz qalan,
                            “məzlum” hayı sığallayan
Sarı ivan
Sənin qisas tonqalında əriyəcək
                                dünya sənə baş əyəcək. 
Deməyəcək
Varmı, yoxmu
Gözün üstə qaş ey xalqim!
Mən də bütöv Azərbaycan, mən də bütöv Vətən görüm. 
Gözümüzdən, könlümüzdən ağrıları itən görüm. 
Qarabağda çapan atlar, bülbülləri ötən görüm. 
Bizdən küsən çəmənlərdə xarıbülbül bitən görüm!
Min olaydı,  
Möhkəm möhkəm bənd ataydı
                                        sənin kökün torpağına
Və mənim də arzularım çin olaydı,
Kaş ey xalqim, kaş ey xalqim...

Haydı, mən də sizinləyəm!!!

2 Nis 2016 08:33 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2021 03:22 tarihinde Aydin Salis tarafından güncellendi ]













Məzahir SÜLEYMANZADƏ

"SƏHƏR" qəzetinin baş redaktoru,
publisist-şair-jurnalist


Cəbhədən xoş xəbər gəldi,
Dərdim, sərim yoxa çıxdı...
Haydı, əskər, hünər göstər,
Qarşındakı yol açıqdı...

Torpaq sənin torpağındı,
Gücün ikiqat olacaq!
Qeyrətini, hünərini,
Düşmən görüb mat qalacaq!

Mən bir qələm adamıyam,
Silahım da doğru sözdü,
Millətimiz çox gözlədi,
Hər əzaba, dərdə dözdü...

Hərəsi bir yumruq vurub,
Sınıb danışıq masası...
İllər ötüb, daşıb, dolub,
Xalqımın səbir kasası...

Haydı, mən də sizinləyəm,
Altımış yaşda əskərəm!..
Baxmayın ki, qocalmışam,
Mən bir igid, mən bir ərəm!

Qarabağ da çox darıxıb,
Bizi sevir, əzizləyir...
Hər gün üzü bəri baxıb,
Bizdən qələbə gözləyir!..

Dörd Şəkili yola çıxsa...

1 Nis 2016 01:05 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2021 03:22 tarihinde Aydin Salis tarafından güncellendi ]













Məzahir SÜLEYMANZADƏ,
"SƏHƏR" qəzetinin baş redaktoru,
publisist-şair-jurnalist

Bu gün aprelin biridir...
Ağlamağın heç yeridir?
İkini vuraq ikiyə,
Gəlin, yollanaq Şəkiyə...
Adama bir manat ataq,
Balaca bir maşın tutaq...
Odur, maşın da gözləyir,
Sürücü bizi səsləyir:
Bakıdan - Bakıya dörd manat,
Bakıdan - Şəkiyə dörd manat.
Şəkidən - Bakıya dörd manat,
Şəkidən - Şəkiyə dörd manat.
Karvansara - Xan sarayı,
Səkidən səkiyə dörd manat...
- Al, bu sənin dörd manatın,
Adamlar da əmanətin.
Apar bunları Şəkiyə,
Sonra da gətir Bakıya...
Sürücü bir pula baxdı,
Bir də uzaq yola baxdı,
Dedi, qardaş, bu pul azdı,
Şəki burdan çox uzaqdı...
- Şəki niyə uzaq ulsun,
Budur, ağzının içində...
İki gün qonaq qalarıq,
Piti, paxlava alarıq,
Gələrik ayın üçündə...
Uzaq dediyin yer Şamaxı,
Şəkiyə gedirik biz axı...
Dörd şəkili yola çıxsa,
Yol dörd dəfə qısalacaq,
Bu səfərdən qazancımız
Gülüş, təbəssüm olacaq...
Bu da sualın cavabı:
İki vur iki dörd eləyər,
Adam bunu dərd eləyər?..


ƏMƏKDAR YALTAQ - Məzahir Süleymanzadə

3 Şub 2016 22:36 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2021 03:21 tarihinde Aydin Salis tarafından güncellendi ]













Məzahir SÜLEYMANZADƏ,
"SƏHƏR" qəzetinin baş redaktoru,
publisist-şair-jurnalist


Əvvəllər görəndə ayaq saxlayar,
İkiqat əyilər, salam verərdin.
"Səhər" qəzetini hər gün oxuyar,
Ehtiram göstərər, gül göndərərdin.

İnşallah, görərik aqibətini,
Savadsız olsa da nazirdi dayın.
O, rusca danışır, türk millətinin,
Qanını içməyə hazırdı dayın.

Dayının ağzına, burnuna bir bax,
Deyirlər erməni qarışığı var.
Axırda o bizi dərdə salacaq,
Səhvdir, şübhəlidir verdiyi qərar.

Dayın saraydadır, kürsü açıqdır,
Özünü göstərir bəxtiyar kimi...
Qəddini düzəldib kürsüyə qalxır,
Sənə göz eyləyir aktyor kimi...

Sən elə əl çaldın, elə əl çaldın,
Nümayiş etdirdin sədaqətini...
Sən elə alçaldın, elə alçaldın,
İtirdin insanlıq ləyaqətini...

Sən başdan ayağa saxtalaşmısan,
Payızın saxtadır, qışın saxtadır.
Özün kimilərə sən qarışmısan,
Diplomun saxtadır, işin saxtadır.

Oğlun vıyıltıyla keçir yanımdan,
Onun da saxtadır hərbi bileti.
Arvadın xaricdən döndüyü zaman,
Görürəm necədir halı, haləti...

Yolun ortasından hasar çəkmisən,
Qaranlıq gecən də dönüb gündüzə.
İki mərtəbəli qaraj tikmisən,
Maşınlar rəngbərəng, maşınlar təzə.

İşğal günlərində məclis qurursan,
Qonşular hay - küydən gecə yatmayır.
Özün əlli - əlli süzüb vurursan,
Sənə fələyin də gücü çatmayır.

Yadıma balıqla o Xalıq düşür,
Mavi Xəzəri də almısız bəlkə.
Sənin tilovuna ağ balıq düşür,
Mənim tilovuma balaca kilkə...

Hər şey özəlləşib Aydan Yerəcən,
Sənintək əclaflar olublar ortaq.
Pul ilə aldığın elmi dərəcən,
Fəxri adın da var:- Əməkdar yaltaq!..

Nə edək, hələlik dünya sənindir,
Hələlik pas tutub bu çərxi - fələk.
Şərəfsiz adamlar artır, çoxalır,
Qara camaatsa axtarır çörək...

BÜTÖVLÜK HƏSRƏTİ

13 Kas 2015 05:16 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2021 03:21 tarihinde Aydin Salis tarafından güncellendi ]

“Heydərbabaya salam” poemasının müəllifi ustad şairimiz Məhəmmədhüseyn Şəhriyarın əziz xatirəsinə 











Nazim HÜSEYNLİ,
"Oğuz yurdu" qəzetinin redaktoru


Heydərbaba, bizdən sizə salamlar,
Elimizdən elimizə salamlar,
Üzdü xalqı ayrılıqlar, ələmlər...
Xalq öz dərdin unudarsa-qiyamət,
Mürgülərsə, ya yatarsa-qiyamət.

Heydərbaba, xalqım param-paramdı,
Sağalmayan, o qan verən yaramdı,
Yediyimiz çörək bizə haramdı,
O tay, bu tay birdən qalxıb durmasaq,
Birləşməsək, bir məmləkət qurmasaq.

Heydərbaba, ayrılıqlar bitməzmi,
Çəkdiyimiz zülm-sitəmlər yetməzmi,
Ah-naləmiz tanrımıza çatmazmı,
Ürəkləri qəm dağlasın nə qədər,
Ellərimiz yas saxlasın nə qədər?

Heydərbaba, nə düşünür fələklər,
Bitəcəkdir nə vaxt qurğu, kələklər,
Partlasınmı, daha dözmür ürəklər,
Bölünmüşəm, yaralarım qan sızır,
Hissələrim, paralarım qan sızır.

...Gülüstana, Türkmənçaya gəldilər,
Sənədlərə imza atıb güldülər,
Vətənimi iki yerə böldülər.
Sümürdülər, taladılar elimi,
Tonqallaqa bələdilər elimi.

İki əsr... Biz gedirik bu yolu,
Yox! Deyilik zəmanənin bir qulu.
Ayağa qalx, əsarət yox olmalı,
Qovurğatək qovruluruq hələ də,
Nə vaxtadək qalacağıq tələdə?

İllər ötdü, qərinələr dolandı,
Neçə nəsil itdi, farsa calandı,
Nə vaxtadək qapı dışı qalandı
Ana dilim, şirin dilim, a qardaş,
O ölüncə qoy mən ölüm, a qardaş.

Heydərbaba, Təbriz, Bakı susmasın,
Dayanmasın, savaşını kəsməsin,
Dayaq olsun bir-birinə, çaşmasın,
Biz bir olsaq tanrı da bəxt açandı,
Axır düşmən önümüzdən qaçandı.

Azərbaycan neçə yerə bölündü,
Xalqın qəlbi dəlim-dəlim dəlindi,
Şanlı elim yaman günə salındı,
Dərbənd getdi, Borçalını verdilər,
Elimizin çox elini verdilər.

Ölkə şahı Nadir, Qacar olsaydı,
Bütün xanlar bir səngərdə qalsaydı,
Cavad xantək ələ silah alsaydı,
Azərbaycan bölünməzdi heç zaman,
Bütövlüyü silinməzdi heç zaman.

O tay, bu tay qəlbi, dili dualı,
Bir-birinə qaldı əli uzalı,
Əsir olduq, pozammadıq bu halı...
Ellərimiz gecə-gündüz ağlayır,
Qara geyir, yüz illər yas saxlayır.

Tarixlərin baxın keçən vaxtına:
Azərbaycan sahib İran taxtına,
Düşmən yazdı ayrılığı baxtına...
Onu pozmaq özümüzün işidi,
İşimizin birincisi, başıdı.

Farsistanın şairləri çox idi,
Sultan Mahmud, sənin elin yox idi?
Öz şairin, doğma dilin yox idi?
Firdovsilər niyə yazsın tarixin,
Bilmirdinmi ürəyində nifrət, kin.

Siz vurulduz farsın şirin dilinə,
Layiq bildiz onu şerin dilinə,
Xalqım üçün döndü şərin dilinə:
Dilimizi sıxışdırdı divara,
Sinəmizə vurdu neçə min yara.

Bir qəzələ bir xəzinə verdiniz,
Farsca yazmaq şərtinizi qoydunuz,
Dilimizin ürəyini oydunuz,
Düzdü-qoşdu gündüz-gecə şairlər,
Farsca yazdı neçə-neçə şairlər.

Manqurtluğu aşıb-daşan şahlarım,
Yad qızlara eşqi coşan şahlarım,
Farslar ilə qohumlaşan şahlarım,
Baltanızı kökümüzə çaldınız,
Dilimizi bu hala siz saldınız.

Sayənizdə kimlər farsca yozmadı?..
Bakıxanov ənənəni pozmadı,
Tariximi (1) dünən farsca yazmadı?
Türkmənçayda (2) bir mütərcim oldu o,
Bilən varmı heç ağladı, doldu o?

...Qəzvinə, gah İsfahana paytaxtı
Köçürdülər, apardılar tac-taxtı,
Yatdı, söndü dilimizin də baxtı.
Paytaxt Təbriz-ana dilim var idi,
Paytaxt köçdü yeri dilin dar idi.

Təbriz kimi İsfahan da, Qəzvin də,
Azərbaycan şəhərləri əslində.
Farslar ora köçürüldü hər gündə,
Dilimiz öz mövqeyini itirdi,
Dövlət dili görəvini bitirdi.

Təbrizi də farslaşdırmaq məqsədi,
Bölünməyi daşlaşdırmaq məqsədi,
Elimizi tam çaşdırmaq məqsədi:
Tehrandan da bax, paytaxtı köçürür.
Dilimizi yenə tora düşürür.

Heydərbaba, dinlə, eşit sözümü,
Hardan alaq bu dərdlərə dözümü,
Ayrılıqlar hədəf seçib bizimi?
Daha bəsdir, sərhədlərdə görüşək,
Birlik üçün üsyan edək, vuruşaq.

...Ermənistan-torpağımda yarandı,
Neçə dəfə qanımıza boyandı,
Yağı düşmən nə doydu, nə dayandı...
Neçə ellər işğal oldu, talandı,
Yandırıldı, od-alova bələndi.

...Azərbaycan, Bakı üstü dumandı,
Gəlməsəydi türklər (3) durum yamandı,
Ellərimiz başdan-başa al qandı,
Ermənilər türk olanı qırırdı,
Arxasında bilinir kim dururdu...

20 Yanvar, Şuşa, Laçın, Xocalı...
Soyqırımı-uşaq, qadın, qocalı,
Qarabağın odlanması, işğalı,
Xalqımızı zəiflətmək, əzməkçün,
O tay, bu tay birliyini pozmaqçün.

...İllər gəlir, hər yazımız yaz olmur,
Qəm gətirir, keflərimiz saz olmur,
Ayrılıqlar nədən, niyə bəs olmur,
Gözlərimiz yaş çağlasın nə qədər,
Ürəyimiz qan ağlasın nə qədər?

Millətimi farsdan dönmə sananlar,
Kökümüzü bilə-bilə dananlar,
Türkə düşmən, ey məşəli sönənlər,
Tanrı sizi arzunuza yetirməz,
Xalqım dilin itirmədi, itirməz.

...Azadlığın bayrağını əkdilər,
Məftilləri, dirəkləri sökdülər
(4),
Bəsdi daha bunca həsrət çəkdilər...
Həmrəy olduq, bayramımız (5)  yarandı,
Birləşməyin yolu isə borandı.

Sonra yenə sinəmizə çökdülər,
Sonra yenə dirəkləri əkdilər,
Qayıtdılar məftilləri çəkdilər...
Neçə ildi gediş-gəliş asandı,
Birləşməksə hələ xəyal, gümandı.

Berlin səddi tarixlərdə qalıbdı,
Vyetnam da birləşib bir olubdu,
Koreya da birliyə qol qoyubdu,
Qardaşlaşıb neçə şəhər birləşir,
Bütün dünya, bütün bəşər birləşir.

Amerika, Avropa bir olubdu,
Afrika da birliyə meyl salıbdı,
Birliyi həm Asya hədəf alıbdı,
Azərbaycan niyə hələ ayrıdır,
Qərinələr verir yelə, ayrıdır.

Bax, dördnala atın çapır zəmanə,
Azadlığın toxmun səpir zəmanə,
Kim itirir, kimi tapır, zəmanə...
Nə yatmışıq, növbə bizim olmalı,
Gözləyirik nəyi, izin olmalı?

Hey deyirik, bircə biz də birləşsək,
Söyləyirsiz yəqin siz də: - Birləşsək,
Bütöv olub bir sərhəddə yerləşsək...
Hazır olsaq vətən üçün ölməyə,
Kimin gücü çatar bizi bölməyə?

Türkə düşmən cəlladlara min lənət,
Vətənimi saldı tora, min lənət
Çəkənlərə xalqı dara, min lənət,
Cəlladların gözün Allah oysun qoy,
Elimizə təpər, qüvvət versin qoy.

Şəhid sayı, çıxdı hara, min rəhmət,
Ustadımız Şəhriyara min rəhmət,
Özümüzdə ancaq çarə, min rəhmət.
Mübarizə dayanmasın, durmasın,
Düşmənlər min hiylə, qurğu qurmasın.

...Yeni ostan? Torpaq yenə bölünür,
Bəhanələr gəlir önə, bölünür,
Daş düşəydi belə günə, bölünür,
Sitəm eli, nisgil eli üzür hey,
Qardaşlarım belə günə dözür hey?

Dəfələrlə şimşək kimi çaxdınız,
Müstəqillik savaşına qalxdınız,
Bir sel kimi meydanlara axdınız,
Halal olsun Səttarxana, qardaşlar,
Halal olsun Bağırxana, qardaşlar.

Xalq zülmətdə, borandadır, qardadır,
Ana vətən, ana dilim dardadır,
Fədailər, mücahidlər hardadır,
Çağımızın qəhrəmanı hanı bəs,
Səttarxanı, Bağırxanı hanı bəs?

Xiyabani, Pişvəri tək oğullar,
Niyə susur, çıxsın önə harda var,
Bəsdi daha zindan, ölüm, təzyiq, zor,
Əzdi səni səndən azlar, millətim.
Qan fışqıran yaram sızlar, millətim.

Çəkilsək də yüz yol dara, qardaşlar,
Hazır olaq vuruşlara, qardaşlar,
Birləşməsək üzlər qara, qardaşlar,
Arazım, qoy sevinc axsın suyundan,
Güzgüyə dön, birlik baxsın suyundan.

“Heydərbaba” dastanını Şəhriyar
Yazdı, dedi çox qüdrətli dilim var,
Ayrılıqdan qəlbi yara elim var...
Birlik günü əziz bayram, gün olar,
Şəhriyarın arzuları çin olar.

“Gülüstan”ı qanla yazdı Bəxtiyar,
Qadağanı tamam pozdu Bəxtiyar,
Təzyiqlərə dözdü, dözdü Bəxtiyar,
Hədələrdən, ölümlərdən qorxmadı,
Məhbəslərdən, zülümlərdən qorxmadı.

Qorqud üzlü Səhənd bənzər bir dağa,
Nə bir yasaq bildi, nə də qadağa,
Canın etdi vətən üçün sadağa,
Çiyinlərdə elə bil ki, dağ getdi,
Fədailər hüzuruna şax getdi.

Azəroğlu qurban getdi bu yolda,
Xəlil Rza bir şəhiddi bu yolda,
Söhrab Tahir mücahiddi bu yolda,
Bölümlərə bir gün məzar qazılar,
Bütövlükdən çoxlu əsər yazılar.

Ayrılıqdan ürəyimiz sanki ney,
Tudə, Gülgün, Məmməd Araz, Sabir bəy,..
Səslədilər birləşməyə xalqı hey.
Yağı düşmən qovulmayıb, getməyib,
Yazılası dərdlərimiz bitməyib.

...Yaman düşdük ayrılığın oduna,
Həsrət qaldıq bütövlüyün dadına,
Getdi, getdi xainlərin badına.
Bütöv vətən parçalandı, bölündü,
Vətən, sinən neçə yerdən dəlindi.

Dur ayağa, Azərbaycan, yürüş var,
Birliyimiz uğrunda bir vuruş var,
Nə dayanmaq, nə də ki, bir dönüş var,
Çox tezliklə ayrılığa son ola,
Bütövlüyün dastanları yazıla!

Ulu dildir kökdən gəlir sədası,
Yer üzündə nəki dil var babası,
Bəşər dili-bütün dünya odası,
İnsanlığın ilkin dili, sübh dili,
Mənim dilim barış dili, sülh dili.

Dərslər niyə türk dilində keçilmir,
Ana dilli ali məktəb açılmır,
Əsarətin kökü niyə uçulmur?
Məktəblərdə dərslər türkcə keçilə,
Ana dili şərbət kimi içilə.

Hayıstanı yaxın bir dost seçmisən,
Ermənicə neçə məktəb açmısan,
Türkcə məktəb fikrindən hey qaçmısan,
Məmləkətdə türkün sayı farsdan çox,
30 milyon dindaşına məktəb yox.

O tay, bu tay öz dilində danışsın,
Unudanlar doğma dilə dönüşsün,
Hamı buna yanğı ilə yanaşsın,
Dil olmasa biz bir ölü kimiyik,
Ocaqların sönmüş külü kimiyik.

O sənədin6 hökmü hələ bitmədi?
Ahlar, tanrım, gəlib sənə çatmadı,
Qəsbikarı, zülmkarı tutmadı.
Əhalinin yarısından çoxu türk,
Nə eyləyib, bildir, sənə axı türk?

Heydərbaba, ayrılığa dözməyək,
Bir iş görək, bekar-bekar gəzməyək,
Məqsəd bəlli, yolumuzu azmayaq,
Bütövlüyə gedən yollar açılsın,
Önümüzdə günəş kimi saçılsın.

Bağımsızlıq məşəliniz gurlaşsın ,
Azərbaycan bütöv olsun, birləşsin,
Bir bayrağın kölgəsində yerləşsin,
Onda olar zülmlərə tamam son,
Onda artar qüdrətimiz birə on.

Heydərbaba, qazanmaqçün vüsalı,
Hamılıqla pozmalıyıq bu halı,
Əsirgəmək olmaz canı, ya malı.
Nə vaxt ki, biz şəhidliyə hazırıq,
Elə o vaxt vahidliyə hazırıq.

Niyə üsyan eyləmirik bəs indi,
Savaş yolu hamının, hər kəsindi,
Birlik görüm, ölüm gedim, bəsimdi,
Bizdən sonra gələnlər bir yaşasın,
O tay, bu tay qalanlar bir yaşasın.

Birləşsək biz çox zəfərlər çalarıq,
Dünya üzrə öncüllərdən olarıq,
Tarixlərə pozulmaz iz salarıq.
Qazanarıq olanın on qatını,
Ucaldarıq Azərbaycan adını.

Ana Təbriz böyük, gözəl şəhərdir,
Qədimlərdən qanadlanmış bir yerdir,
Hər övladı bir igiddir, bir nərdir,
Şəhərlərin qoçağıdır Təbrizim,
İnqilablar ocağıdır Təbrizim.

Çox düşmənə gərdi sinə Təbrizim,
Üsyan etdi dönə-dönə Təbrizim,
Bənzər vulkan öncəsinə Təbrizim,
Qalxar xalqım, zülmləri kəs deyər,
Ayrılığa, həsrətlərə bəs deyər.

Heydərbaba, Bakı, Təbriz, Ərdəbil,
Bütövləşib savaşlara qalxsa el,
Düşmənlərin kürəyini yerdə bil,
Önümüzdə heç bir qüvvə durammaz,
Düşmən bizə daha zərbə vurammaz.

Cənub, Şimal omuz-omza verməli,
Birləşməli, bir məmləkət qurmalı,
Bütövlüyün keşiyində durmalı.
Qələbələr ağıl ilə çalınır,
Birlik sovqat verilməyir, alınır.

Üzərindən kənarlaşar sis, duman,
Ellərimiz bayram edər bir azman,
Heydərbaba, üzün gülər o zaman
Sevincimiz aşıb-daşar, bir olar,
Bakı, Təbriz qucaqlaşar, bir olar.

Bir ölkəni neçə yerə bölərlər,
Ürəyini neçə yerdən dələrlər,
İmkanları olsa tamam silərlər,
Azərbaycan , “Durun!” demək vaxtıdır,
“Düşmənləri vurun!” demək vaxtıdır.

Torpaqların parçalandı, Vətənim,
7 yerə şaqqalandı, Vətənim,
Sinən üstü qızıl qandı, Vətənim,
Millətimin sözü, səsi: Bütövlük!
Ən birinci vəzifəsi: Bütövlük!

                                                2015

* * *

1. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərini farsca yazmışdır.
2. 1826-cı ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsində A. Bakıxanov mütərcim olmuşdur.
3. Qafqaz İslam Ordusunun Nuru paşanın komandanlığı ilə 1918-ci ildə Azərbaycana gəlişinə işarədir.
4. 1989-cu ilin 31 dekabrında SSRİ ilə İran arasındakı sərhədlər azərbaycanlılar tərəfindən sökülmüşdür.
5. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü. 
6. Azərbaycanın iki yerə bölünməsini rəsmiləşdirən “Gülüstan” müqaviləsi nəzərdə tutulur.

ŞEİRLƏR - Vaqif Aslan, B.Vahabzadə

6 May 2015 01:19 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 23 Oca 2021 03:21 tarihinde Aydin Salis tarafından güncellendi ]















Vaqif ASLAN 



                Qəbirqazan

Külüngü, kürəyi qoyub yanına,
Qucub dizlərini göy otun üstə
Nə fikrə getmisən, a Qəbirqazan?
Dərin dəryalardan xəyalın dərin...
Qazılan torpağa, açan yarpağa
Nə böyük heyrətlə baxır gözlərin?!
Günahmı etmisən, a Qəbirqazan?
Gün düşüb, alnında çiçəkləyib tər,
Gün aydın, usta!
Allah uzadaydı sənin ömrünü,
Bu göy çəmənlikdə bir bahar günü
Mənim də qəbrimi qazaydın, usta.
Amma yorulmusan, bir azca dincəl!
Mən də bu güllərə sürtüm üzümü,
Əsən küləklərə qoşum özümü,
Dostumun oğlunun toyuna çatım.
Düşür sümüyümə zurnanın səsi,
“Cəngi”si, “yallı”si, “tərəkəmə”si,
Bir hava çaldırıb, bəlkə oynadım...

Şıtqa vur, ovça çal, döyülsün qaval!..
Onsuz da bu dünya oynadır məni.
Gözümü açmağa verməyir macal,
Oynada-oynada göynədir məni.

Nə yazib – xoş yazib o Taleyazan.
Sən də çox düşünüb özünü yorma.
Mən – qəbir yiyəsi, sən – Qəbirqazan...
Qucub dizlərini, boynunu burma.

Onsuz da ölənin qəbrini qazmaq
Qaydadır, aqətdir, a Qəbirqazan!
Quyu qazmırsan ki, gizlində mənə?!
Söz gəlsin sənə.
Kiş-kiş!.. Bizdən uzaq! Yolundan azmaq,
Böyük qəbahətdir, a Qəbirqazan.
Bəlkə, tənha qalmaq səni qorxudur?
Sənə də bir Qəbirqazan tapılar.
Ayıl bu sükutdan, ölüm – yuxudur!
Amandır, qaralma buludlar kimi
Gələndə ilk bahar göy otlar kimi
İnsanın torpaqdan göyərməyi var.
Göyərmək – ləzzətdir, a Qəbirqazan!

                                                            8 may 1988
                                                            Vaqif Aslan. Ruhlarla söhbət. səh. 17-18.
                                                            Bakı, “Ozan”, 1997.


                                    * * *

                                                            Bəxtiyar VAHABZADƏ 

                Məzarçı ilə söhbət

                                                            “Qəbir qazan”şerinin müəllifi
                                                            şair Vaqif Aslana


Çatıb salam verdim qəbir qazana,
Alıb salamımı yana çəkildi.
Dilimdə suallar baxdım mən ona,
Osa börkü ilə tərini sildi.
- Qəbrini qazdığın bu ölülərlə
Əvvəl tanışdınmı?
- Əlbəttə, hələ.
Bəzisi dostumdu... Açılan solar.
Bunların içində qohumum da var.
Bu, mənim peşəmdir, şükür Allaha
Əli boş getmirəm evə bir axşam.
Bir vaxt bu şəhərdə yaşayanların
Çoxunun qəbrini özüm qazmışam.
Sənin dədəni də dəfn etmişəm mən.
- Deiyirsən, məni də dəfn edəcəksən?
- Onu Allah bilər... Allaha yalvar
Sənə də nə vaxtsa qismət eləsin
Dədənə tikdiyim belə bir məzar.
Dünyada qurd-quşa yem olan da var.
-Axı, qəbir qazmaq...
Gülür:
-Nə olar,
Mənim də qəbrimi qazan tapılar.
-Qəbir qazmaq ilə çörək qazanmaq
Sənə ağır gəlmir?
-Xeyir, mənə bax,
-Anlaya bilmirəm düzü, mən səni,
Niyə dəfn etmədin özün dədəni?
-Ölü çox olanda sevinirmisən?
-Çörək ordan çıxır.
-Bayquşmusan sən?
-Mənə vəz eləmə insanlığından.
Çəkməçi çəkməsi alınan zaman
Sevinmir məgər?
Mənim də əlimin rəncidir axı,
Yan-yana düzülən bax, bu qəbirlər.
-Doğru buyurursan, zəhmətdir bu da.
-Mənə də bu işi tapşırıb Xuda.
Mənimçün doğulan bütün uşaqlar,
Tikilən binalar, salınan bağlar,
Mələyən quzular, uçan böcəklər,
Əkilən ağaclar, açan çiçəklər
Hamısı ölümdür...-
Deyə o güldü.
-Bax, indi hardasa, kim isə öldü
-Mən isə deyirəm, indi hardasda
Kimsə doğuldu.
Atası, anası bəxtəvər oldu.
-Elə qayda qoyub o böyük Xuda,
Axı, gec-tezi var, öləcək o da.
-Bu gün neçəncidir qazdığın məzar?
-Onu deyəmmərəm, saysam göz dəyər.
-Qazancın görürmü xərcini?
-Şükür.
Mən harın deyiləm, xərcimi görür.

İnsanın başına gələn bəlalar
Görmüşəm, həmişə nəfsindən gəlir.
Evimdə gündəlik əppəyim ki, var,
Deməli, xərcimlə qazanc tən gəlir.
Ulu Tanrının da öz mizanında
Gəlir də, çıxar da birdir, əzizim,
Amma o kişinin haqq divanında
Savab qiymətimiz başqadır bizim.
Torpaq qalağında bir kəllə gördüm.
Ətim çimçəşsə də onu götürdüm.
Soruşdum:-Bu kəllə de, niyə gülür?
- İnsan ürəyində özündən ağır
Daşınan arzuya, diləyə gülür.
- Yuxuna girirmi burda yatanlar?
- Düzünü deyim ki, axır zamanlar
Mənə gileylənir ölülər, yaman
Məzarın onlara dar olmasından.
- Gen tikə bilməzdin?
- Nə fərqi vardır.
- Onlara dar gələn məzarlar deyil,
Dərgahda divara qısnamalardır.

Bu sözün zəhmindən xoflandım bir an.
Baxdım bir qəbirə, bir qəbirçiyə.
Daldım ürəyimdə məni sarsıdan
Əzəli, əbədihaqqa, gerçəyə.
Düşündüm: dünyada ölüm ki, haqdır,
Ya bu, ya başqası, nə fərqi varmış,
Qəbirlər həmişə qazılacaqdır.
İndi ki, belədir, mənası varmı
Qocaya verdiyim bu sualların?
Sirrini açmağa gücüm çatarmı
Olumdan ölümə gedən yolların?
Qorxub xoflanırıq bəs onda nədən
Qəbirdən, ölüyə qəbir tikəndən?
Bizi xoflandıran, bizi qorxudan
Məzarda qurtaran sabahımızdır.
Allah dərgahında min bir sorğudan
Cavabsız qalacaq günahımızfdır.

Təzədən xoflandım, boylandım göyə.
Bir qəbirə baxdım, bir qəbirçiyə.
Dağıtmır, o tikir əslinə baxsan,
O irəli baxır, geriyə deyil.
Ancaq bir fərqi var: bu mənzilləri
O, ölüyə tikir, diriyə deyil.
O, doğru demirmi: Ölür uşaqlar,
Ölür daş binalar, bağçalar, bağlar,
Ölür güldən-gülə uçan böcəklər,
Əkilən ağaclar, açan çiçəklər...”
Ölməyən təkcə şey: dünən, ya bu gün
Yan-yana tikilən məzarlar imiş.
Ölümün içində ölümsüzlüyün
İmzası var imiş, xətti var imiş...

Baxdım məzarçıya, bir də qəbrə mən,
Qəlbimin nidası çıxdı dilimdən:
Məzar tikən üçün tikdiyi qəbir
Çörək ağacıdır, mənimçün fikir.

                                                            30-31iyul 1997.
                                                            Bəxtiyar Vahabzadə. Bir ömür yuxu. səh.149-152.
                                                            Bakı, Azərbaycan nəşriyyatı, 1998.


                                    * * * * * * * *
                                                            Vaqif ASLAN 

                BƏXTİYARIM

                                            (Böyük şair B.Vahabzadəyə)

Özün – işıq, sözün – işıq!
İşığına tapınmışıq,
Bəxtiyarım!

Yan,ey bağrı qan şairim,
Sənə qurban can,şairim!
Köçkün olduq, köçümüz yox,
Qaçqın olduq, qıçımız yox.
Ol bizə həyan, şairim.

Yamanlığın gözünü oy,
Qaranlığı qınına qoy.
Aydınlığa çıxar bizi,
Uca saxla şeirimizi.
Özün – işıq, sözün – işıq!
İşığına tapınmışıq,
Bəxtiyarım!
                                                16aprel 1995 

                       * * *
                                                Vaqif ASLAN

Sevgi yox, sevməyənlər
bir salama dəyməyir.


                                            (B.Vahabzadənin “Bir salama dəymədi” şeirini
                                            yanıqlı-yanıqlı ifa edən gənclərimizə həsr edirəm.)

İlk dəfə vurulan qız,
ilk dəfə sevən oğlan!
Xalismisən, qəlpmisən?
məhəbbətinlə yoxlan!
Salam verməkdən ötrü
yavaşıyıb dayanma!
Salamını almayan
kimsəni suçlu sanma!
Görəcəksən,.. insanı
məhəbbəti əyməyir!
Sevgi yox, sevməyənlər
bir salama dəyməyir!

İlk dəfə sevən oğlan,
ilk dəfə vurulan qız!
Səsini nə boğ, nə qıs!
Göz açıb gördüyünçün
gözlərin aydın olsun!
Könlünü verdiyinçün
fikrin tam, hökmün qəti,
sözlərin aydın olsun!
Salamını almayan,
Səni saya salmayan
Bir ruhsuz üzü dönmüş!
Odu-ocağı sönmüş
Üzünü yana tutsa,
“Qəlbinizin bir duyub,
bir vurduğu anları
bir andaca unutsa,
Özünü suçlu sanma!
Yanma, havayı yanma!
Görəcəksən,.. insanı
məhəbbəti əyməyir!
Sevgi yox, sevməyənlər
bir salama dəyməyir!

İlk dəfə vurulan qız,
ilk dəfə sevən oğlan!
Tüstülənmə, alovlan!
Elə baxma mənə sən!
Bəyəm bilmirəmmi mən
Sevdikcə də sevdiyin
“necə keçib yanından.”
Dönüb “dala baxmısan,
can ayrılıb canından.”
Sevənə zülm edərlər,
sənə “zülüm yaraşır!”
Eşqə kor baxanlara
ancaq “ölüm yaraşır!”

                                        12 may 2014-cü il.

1-10 of 23