Məqalələr‎ > ‎

M.F. Axundzadənin iqtisadi fikirləri

25 Haz 2020 05:17 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 25 Haz 2020 05:21 güncellendi ]












Həsən İSRAFİLOV,
İqtisad elmləri doktoru,
respublikanın əməkdar müəllimi


        Yaxın Şərqdə və Türk Dünyasın­da dramaturgiyanın və yeni tipli nəsrin banisi, əlifba islahatçısı, Azərbaycan ədəbiyyatında realizm yaradıcılıq prinsiplərinin və maarifçi-demokratik ideologiyanın əsasını qoyan, görkəmli liberalist və ictimai- siyasi xadim Mirzə Fətəli Axundzadə öz həyat və yaradıcılığı ilə xalqı­mızın ictimai şüurunun digər sahə­ləri ilə yanaşı, iqtisadi şüurunun for­malaşmasında da əvəzsiz xidmətlər göstərmişdir. 
        Təbii ki, Mirzə Fətəli Axundzadənin fikirlərinin, o cümlədən də iqtisa­di fikirlərinin daha dolğun öyrənil­məsi, onun yaşadığı dövrün sosial- iqtisadi və mədəni durumu, eyni za­manda da o dövrdə dünyada baş verən əsas ümuminkişaf tendensi­yaları nəzərə alınmadan mümkün deyildir. Bəs o dövrdə Azərbaycan­da və dünyada nələr baş verirdi? 
        Azərbaycanla bağlı ilk öncə onu qeyd etməliyik ki, artıq o dövrdə Axundzadənin bütov olan vətəni Azərbaycanın şimal ərazisi Rusiya tərəfindən işğal olunmaqla, parça­lanmağa doğru gedirdi. Təbii ki, bu proses böyük bir millətin Arazdan şimalda və cənubda qalan hissələri­nin tədricən fərqli sosial-iqtisadi və mədəni inkişaf yoluna girmələrini də şərtləndirirdi. Belə ki, hər iki Azərbaycan klassik feodal üsul-ida­rəçiliyinin və feodal təsərrüfatının hakim olduğu həmin o dövrün geri qalmış cəmiyyətləri sırasında idi. Ancaq buna baxmayaraq, bir neçə xarici dili, xüsusən rus dilini mü­kəmməl bildiyindən, M.F.Axundzadə ölkənin Şimalı Rusiya və rus dili xətti ilə gələn Qərb üsul-idarəsi, fikir və düşüncə axınlarından da mütə­madi olaraq xəbər tuta bilirdi. Bəs bu zaman dünyada nələr baş verir­di? Təbii ki, Qərbi Avropa istisna ol­maqla, dünyanın böyük bir hissəsi­nin sosial-iqtisadi durumu Azərbay­candan o qədər də fərqlənmirdi. Qərbi Avropa isə o dövrdə həm zehnı-intellektual, həm də sosial-iq- t tisadi həyat müstəvisində fövqəladə inkişaf trendinə daxil olmuşdu. Belə ki, həmin dövrdə Ronesans hərəka­tı, Sənaye inqilabı, Maarifçilik cərə­yanı, Fransa inqilabı və s. kimi hadi­sə və proseslərin nəticəsində, artıq Qərbi Avropada sxolastik düşüncə tərzindən elmi-realist düşüncə tərzi- f nə, aqrar-feodal cəmiyyətindən ka­pitalist-sənaye cəmiyyətinə və avto­ritar idarəetmə sistemindən demok­ratik idarəetmə sisteminə keçid isti­qamətində proseslər sürətlənmişdi. Heç şübhəsiz ki, bütün bu proseslər dövrünün böyük ziyalısı kimi M.F.Axundzadənin düşüncə tərzinə və yaradıclığına təsir göstərməyə bilməzdi. Məlum olduğu kimi, 1776- cı ildə ingilis iqtisadçısı Adam Smitin “Millətlərin zənginliyi” əsərini nəşr etməsi və onun xəttini davam etdi­rən digər əsərlərin ortaya çıxması artıq Qərbi Avropada yeni formasi­ya kimi kapitalizmin liberal dəyərlə­rə əsaslanan elmi-nəzəri bazasının da formalaşdırılması prosesinin başlanğıcını qoymuşdu. Biz, bu xət­tin M.F.Axundzadənin əsərlərində yer alan iqtisadi fikirlərində də özü­nü açıq şəkildə büruzə verdiyinin şahidi oluruq. 
        M.F.Axundzadənin əsərlərində yer alan iqtisadi fikirlərini kompleks təhlil etdikdə, görürük ki, dövlət ida­rəçiliyinin məzmun və formaca də­yişdirilməsi məsələləri həmin əsər­lərin əsasını təşkil edir. O dövrün ic­timai həyatının bütün sahələrində dərin islahatların aparılması zərurili­yini dərk edən M.F.Axundzadənin bu istiqamətdəki fikirlərinin belə isə o dövr üçün demək mümkündürsə, əsas hədəflərindən biri o dövrdə mövcud olan avtoritar və totalitar fe­odal üsul-idarəsi idi. Bu, müəllifdən çox böyük cəsarət və risk tələb edir­di.Bir maarifçi və liberalist kimi Axundzadə öz əsərlərində feodal üsul-idarəsi və qayda-qanunlarına, zülm və özbaşınalığa, ədalətsizlik və qanunsuzluğa qarşı çıxmış, nəin­ki təkcə öz doğma xalqının, hətta ümumən Şərq xalqlarının milli inti­bahı, iqtisadi-mədəni tərəqqisi, azad və xoşbəxt həyata qovuşma­ları yolunda bu problemlərin həllinin vacibliyini göstərmişdir. O, hərarətli vətənsevər kimi məmləkətinin gerili­yinə acıyır, həm öz millətinin, həm də bütün müsəlman millətlərinin bu baxımdan çağdaş Qərbi Avropa tə­rəqqi karvanına qatılmalarının yolla­rı haqqında düşünürdü. Bir sözlə, M.F.Axundzadə cəmiyyətin idarə edilməsi sahəsində indiki dillə de­sək, demokratiya və huquqi dövlət arzusunda idi. “Asiya xalqlarını na­danlıq və qəflət yuxusundan oyat­maq” və iqtisadi-mədəni tərəqqi yo­luna çıxartmaq məqsədilə o, 1863- 1865-ci illərdə məşhur “Kəmalüd- dövlə məktubları” adlı fəlsəfi əsərini yazmışdır. Belə ki, 1860-cı illərin or­talarından başlayaraq rus inqilabçı demokratlarının və Qərbi Avropa maarifçilərinin qabaqcıl ideyalarının qüvvətli təsiri altında dahi mütəfək­kir zəhmətkeş kütlələr üçün xalis maarifpərvər və müdrik hökmdarın insanpərvərliyinə inamı haqqında öz əvvəlki ideyasını rədd edir. Onun bu ideyaları getdikcə daha prinsipi­al xarakter daşımağa başlayır. Əgər “Aldanmış kəvakib”in meydana çıx­dığı dövrdə o, zülm edənlərlə zülm olunanlar arasında sazişə gəlməyi mümkün hesab edirdisə, “Üç mək­tub” əsərində isə o, bu məsələyə daha kəskin yanaşır və düzgün mövqe tutur. 1871-ci ildə Mirzə Yu­sif Xana məktubunda yazırdı: “Zül­mü yox etmək üçün iki vasitə vardır: ya zülmkar zülm etməkdən əl çək­məli, ya da məzlumlar zülmə döz­məyərək özləri onu məhv etməlidir­lər. Ağıl söyləyir ki, zülmü yox et­mək üçün başqa yollar yoxdur... on min illərlə mütəfəkkirlər, alimlər, şa­irlər zülmkarlığı yox etmək üçün zülmkara nəsihət etməyi və məslə­hət verməyi kifayət görürdülər. La­kin çoxlu təcrübə göstərir ki, belə cəhətlər faydasızdır və bu yolla yer üzündə zülmü məhv etmək olmaz... Deməli, zülmü yox etmək üçün zalıma nəsihət vermək azım deyil, ək­sinə, məzluma demək lazımdır ki, nə səbəbə sən qüvvə və bacarıqda zülmkardan qat-qat üstün olduğun halda, ona acizanə dözürsən? Oyan və zülmü alt-üst et”. 
        M.F.Axundzadə o dövrün dövlət idarəçiliyini yalnız ümumi şəkildə deyil, eyni zamanda konkret istiqa­mətlər üzrə də cəsarət-ə tənqid edirdi. Hətta Cəlil Məmmədquluza­də kimi cəsarətli söz sahibi olan bir yazar belə bu haqca deyir: “Axundzadənin əsərlərində toxun­duğu bütün məsələərdən qan iyi gəlirdi”. O, çar üsul-idarəsinin yük­sək rütbəli məmuru olmasına bax­mayaraq, çar hakimlərinin nöqsan­larına da göz yummamış, onların bürokratizmini, rüşvətxorluğunu və ədalətsizliyini açıq şəkildə tənqid et­mişdir. Məsələn, Hacı Qara” əsə­rində qaçaq mal keçirmək barədə bəylərlə söhbət apararkən Hacı Qa­ra çar bürokratik üsul-idarəsi, yerli çar məmurları haqqında deyir: “Rus adı gələndə (burada çar məmurları və idarəçiliyi nəzərdə tutulur) bağ­rım yarılır. Onların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır”. Əslində Axundzadə burada digər bir həqiqətin də üstünü açırdı: Qa­çaqmalçılıq daha çox gömrüklərdəki ağır bürokratik mexanizmdən və rüşvətxorluqdan doğur. 
        Eyni zamanda “Aldanmış kəva- kib” əsərində heç nədən çəkinmə­dən göstərirdi ki, bilavasitə şahın, eləcə də onun nazirlərinin təqiri üzündən İran dövləti və xalqı dəh­şətli bir vəziyyətə düşmüşdür: tica­rət və əkinçilik süqut etmiş, şəhər və kəndlər viran qalmış, körpülər və karvansaralar uçulub tökülmüş, öl­kə ağır iqtisadi-siyasi böhrana uğra­mışdır. Hər yerdə zalım, nadan, ədalətsiz, rüşvətxor dövlət məmur­ları və feodal hakimləri xalqa olma­zın zülm edir, onu soyub-talayır, ba­şına min bir oyun açırlar. 
        M.F.Axundzadə nəinki o dövrün Şərq idarəetmə sistemini tənqid et­miş, eyni zamanda özünün ideal dövlət və dövlət başçısı modelini də təqdim etmişdir. “Aldanmış kəvakib” povestindəki Yusif Sərrac obrazı məhz dediklərimizə bariz nümunə­dir. O, bu obrazla öz mütərəqqi gö­rüşlərini nümayjş etdirmiş, İranı tə­rəqqi yoluna yönəltmək, xalqın gü­zəranını yaxşılaşdırmaq üçün konkret tədbirlər irəli sürmüşdür. Yusif Sərrac məhz elmi, maarifi, əq­li. qabaqcıl mədəniyyəti, iqtisadi- mədəni tərəqqini, təmsil edən maa­rifçi hökmdar surəti idi. Bəs Yusif Sərracın idarəçiliyi hansı prinsiplərə əsaslanırdı? O, öz ətrafına bir qrup həqiqətpərəst, ağıllı, sağlam düşün­cəli adamları toplayıb onlara söyləyir ki, kəndxudadan tutmuş padşaha­dək bütün hakimlər “əhli-zələmə” və yolkəsəndir. Onlar ölkə və millətə heç bir fayda vermir, həmişə öz şəx­si mənafeyi haqqında düşünür, biça­rə xalqı müxtəlif cərimə və vergilər vasitəsi ilə soyub talayır, öz iş və fə­aliyyətlərində heç bir qanun və qay­daya riayət etmirlər. Bir təsadüf nə­ticəsində İran şahı olan Yusif Sərrac ölkədə geniş ictimai-siyasi və iqtisa­di islahat yönümlü işlər aparmağa, öz arzu və görüşlərini həyata keçir­məyə başlayır. Onun islahatları nəti­cəsində İranın ictimai-siyasi həyatın­da böyük dəyişikliklər yaranır, onun padşahlığı vaxtında “İran üçün əyya- mi-firuzluq, əyyami-səadət və iqbal” baş verir. Yusif şahın fəaliyyətinə nəzər saldıqda, açıq şəkildə görünür ki, bu islahatlar obyektiv olaraq İra­nın orta əsr feodal ziddiyyətləri və ictimai yaralardan xilas olub, tam yeni inkişaf yoluna — kapitalist inki­şaf yoluna düşməsinə səbəb olur. Öz əsərində utopik dövlət başçısını kapitalist islahatlar yolunda göstər­məsini də məhz Axundzadə yaradı­cılığının orijinallığı və ölməzliyi he­sab etmək mümkündür. 
        M.F.Axundzadənin iqtisadi fikir­ləri arasında iqtisadi inkişafın yolla­rının axtarılması məsələsi də əsas yerlərdən birini tutmuşdur. Belə ki, Axundzadə “Kəmalüddövlə məktub­ları adlı əsərində iqtisadi inkişaf üçün infrastrukturun yaxşılaşdırıl­masının vacibliyinə toxunur. Yolla­rın timsalında öz fikirlərini açıqlayan Axundzadə, ölkənin iqtisadi inkişafı üçün yolların qaydaya salınmasına böyük əhəmiyyət verirdi. Bu haqda d, yazırdı: “... millət və rəisi - millət hərgiz dərk edə bilmir ki, məmləkətin abad olmağa və ticarətin rəvacı ilə millətin fəqrdən azad olmağı üçün təmiri-türüq əlzəm və sailin bi- isidir”. 
        M.F.Axundzadə əhalinin, bütövlükdə ölkənin yoxsulluq və dilənçili­yini kütlələrin mədəni geriliyində və savadsızlığında, ölkənin təsərrüfat ləyatının pozulmasında, iqtisadiyyatın müxtəlif sahələrinin idarə edil­məsinin köhnəlmiş, yararsız şərait və üsullarında görürdü. O, kənd tə­sərrüfatı, əkinçilik, ticarət, maldarlıq, bostançılıq və s. işlər haqqında düzgün təsəvvür olmadığına görə, təsərrüfatı yaxşı idarə etməyə kö­mək edə bilən kitabların yoxluğunä acıyırdı. 
        Maddi nemətlərin istehsalı üçün ictimai əməyin düzgün bölgüsü və ölkənin əmək ehtiyatlarından tam is­tifadə edilməsinin zəruriliyi haqqın­da məsələ də Axundzadənin diqqə­tindən yayınmamışdır. Onun zəngin iqtisadi təfəkkürünə görə, İranda iq­tisadi gerilik nəticəsində, elə buna görə də, əmək ehtiyatlarından tam istifadə etməyin mümkün olmaması ilə əlaqədar olaraq bir çox adamlar qazanc dalmca başqa ölkələrə get­məyə və “yad ölkələrdə alçaldıcı hə­yat keçirməyə” məcbur olurlar. O, özünün heç də o dövrün tanınmış iq­tisadçılarının əsərlərindən geri qal­mayan dərin məzmunlu “İnsan tələ­batları haqqında” adlı əsərində icti­mai əməyin düzgün bölgüsü məsə­ləsini ictimai əməyin müxtəlif sahə­ləri arasında müəyyən proporsiya- nın nəzərə alınması məsələsi ilə bağlayırdı. Düzgün olaraq belə he­sab edirdi ki, bu prinsipin pozulması zəruri olan yaşayış vasitələrinin bə­zilərinin çox, digərlərinin isə az is­tehsal edilməsinə səbəb olur. 
        M.F.Axundzadə iqtisadiyyatda li­beral-kapitalist dünyagörüşünün təmsilçisi olmasına baxmayaraq, cəmiyyətdə sosial-ədalət prinsipinə əməl edilməsinin vacibliyini də gös­tərmişdir. Adamların yoxsulluq və məhrumiyyətlərinin səbəbini zəh­mətkeşlərin mülkiyyətinin müstəbid­lər tərəfindən mənimsənilməsində görür və bu işdə varlı sinfin sadiq xidmətçiləri kimi ruhaniləri günah­landırırdı. Onun fikrincə, müstəbid və ruhanilər zorakılıq və xalq malını talan etməyə qadirdilər. Bu səbəb­dən də o, zəhmətkeşlərin ruhən və cismən azad edilmələri zəruriyyətini tələb edirdi. 
        Axundzadənin iqtisadi fikirlərini ətraflı təhlil etdikdə, onun kapitalist iqtisadiyyatı haqqında zəngin bilik-lərə malik olduğunu görməmək mümkün deyildir. Məsələn, o, kapi­talizmdə istehsalla istehlak arasın­dakı ziddiyyəti dərindən başa düşür və onun fikrincə kapitalist ölkələrin­də istehsal edilən əmtəələrin miqdarı xalq kütlələrinin tələbindən ar­tıq olur ki, bu da mütləq böhrana gətirib çıxarır. Özünün “Hekayət” əsərində yazır ki, “Altmış il bundan əqdəm Firəngistanda, xüsusən ingi­lis məmləkətində... xalq biaram kar­xanalar yapmağa və sənaye işlət­məyə iqdəm edib az müddətdə kül- li-aləmin ehtiyaclarına kafi miqdar­dan bəməratib ziyadə əqmişə və əmtəə hazır edib, Firəngistanda və sair əqalimdə hərə şəhərin bazar və karvansaralarını ənva və əqsam əş­ya ilə doldurdular. Və bu aləmin məalından saf qafil idilər və hərgiz xəyallarına xütur etmirdi ki, bu işin nəticəsi aqibət ərbabi-tənxahın ifla­sına bais olacaqdır”. 
        Bu gün bizim üçün nə qədər tə­əccüblü görünsə də, heç bir müba­liğəyə yol vermədən, tam məsuliy­yətlə qeyd edə bilərik ki, M.F.Axundzadə bütün bu fikirlərinin fonunda ölkənin sosial-iqtisadi tə­rəqqisini məhz “insan kapital”ında. görürdü. Eyni zamanda o, bir maa­rifçi kimi müasirlərini, xüsusilə, gəncliyi dünyəvi elmlərə, mütərəqqi Avropa mədəniyyətinə yiyələnməyə çağırmış, insan ağlına, insan zəka­sına yüksək qiymət vermiş, şəxsiy­yət azadlığı uğrunda fəal mübarizə aparmışdır. Deyə bilərik ki, bütün maarifçilər kimi onun da yaradıcılı­ğında zəhmət mövzusu, ictimai-fay­dalı əməyin təqdiri və təbliği mühüm yer tutur. 
        Son olaraq, burada bir məsələyə də toxunmaq istərdim. Sovet döv­ründə bolşevik zehniyyətи min bir yolla M.F.Axundzadənin fikirlərini özlərinin fikir sıralarına çəkmək istə­sə də, əminliklə deyə bilərik ki, tək­cə onun ən azından iqtisadi düşün- cələri nəzərə alındıqda belə M.F.Axundzadə ideyaları ilə bolşe­vik ideyaları arasında heç bir kəsiş­mə yoxdur. O, azad, demokratik, in­san haqlarına sayğılı, kapitalist inki­şaf yolunu seçmiş bir cəmiyyətin qurulması uğrunda mübarizə apaрыrdı. Bir sözlə, M.F.Axundzadə vətənini inkişaf etmiş Qərbi Avropa millətlərinin cərgəsində görmək is­təyirdi. Bu müqəddəs arzu müstə­qillik illərində həyata keçmiş, əbədi bərqərar olmuşdur.