Hadisənin səhəri günü səhiyyə naziri xəstəni yoluxdu. Yəqinki həkimlərə xəstənin sahibi özü olduğunu dilə gətirib, ondan hec nə ummayın dedi... Siyasilər yoluxdu. Dedilər ki, məsələnin siyasiləşdirməyin haa. Düşündülər ki, müaxliflər bu ailəni ələ ala bilərlər... Deputatlar ehtiyatla danışdılar. Nətər olmasa həmkarları idi. Üz üzə gələ bilərdilər. Və s. Səbəbkar isə öz işindəyidi. Hadisənin birinci günü ard-ardınca bədənin 45 faizi yanan şəxsə xəbər göndərirdi. Getsin məhkəməyə müarciət etsin deyirdi. Günahkar biz deyilik. Gah bələdiyyyəni, gah da vəkili borclu çıxardılar... Səhəri gün isə QAZİnın alisəinə elçi gondərib könüllərini almaq istədilər. Yüz min manat, ayda filan qədər müavinət, işlə təminata söz verdilər... Başa düşülən deyil ki,40 kv.metrlik sahəyə qalmışdımı səbəbkar? Hec olmasa hallallıq alardı. Bu hadisəyə nə ad vermək olar? Ancaq harınlıq. Başqa söz tapa bilmirsən... Hadisənin baş verdiyi gün cərəyan edən hadisələr, prezident müdaxiləsindən sonra atılan addımlar çox şeylərdən xəbər verir... Səbəbkarın bu hadisəyə etinasız münasibəti , gühanı kiminsə üstünə atmaq cəhdi, prezidentin müdaxiləsindən sonra dərhal fikrin 180 dərəcə bucaq altında dəyişməsi nədən xəbər verir. Məmurların hər addımı prezident tərəfindən izlənilməlidirmi. Bəs bu məmurlarda vicdan və qeyrət hissi yoxdurmu. Qarşına cıxan hər hansı imkansız adama kömək etmək hissi bu xalqda var axı. Bu hiss hər birimizn içində bizimlə bərabər yaşayr axı. Nədən o hissi də öldürmək istəyirlər... İndi hec olmasa etdiklərindən xəcalət hissi keçirirlərmi... P.S. Qazinin ailəsinə bir daha başsağlığı veririk... Mənbə: http://modern.az |
Məqalələr >