Xəbərlər‎ > ‎

Qızlarımız Hindistanda ABŞ millisinə qalib gəliblər

15 Ara 2014 03:46 tarihinde Murad Nabibekov tarafından yayınlandı
        Xəbər verdiyimiz kimi, bu gün Hindistanın Pəncab ştatının Nabha şəhərində Kabaddi komanda güləş növü üzrə Dünya kuboku uğrunda mübarizə aparan qızlarımız ABŞ millisi ilə görüşməli idilər.


        "Kabaddi Dünya Kuboku - 2014" ("2014 Kabaddi World Cup") Wikipedia səhifəsindən http://en.wikipedia.org/wiki/2014_Kabaddi_World_Cup aldığımız məlumata görə, milli komandamız ABŞ komandasına 38-32 hesabı ilə qalib gəliblər. 

        Xatırladaq ki, komandamız sabah - dekabrın 16-da Cəlalabadda Hindistan komandası ilə yarışacaqlar.
        Məlumat üçün deyək ki, sözügedən yarışlarda Dünya kuboku uğrunda 8 milli qadın komandası(ABŞ, Hindistan , İngiltərə, Danimarka, Pakistan, Yeni Zellandiya, Meksika, Azərbaycan) və 11 milli kişi komandası (ABŞ, İran, Pakistan, Danimarka, Avstraliya, İngiltərə, İspaniya, Kanada, Argentina, İsveç, Hindistan) olmaqla 19 komanda mübarizə aparır. Azərbaycan komandası dekabrın 10-da, ilk dəfə Xanna şəhərində meydana çıxmış və Danimarka komandası ilə mübarizə aparmışdr. Millimiz kifayət qədər əzmkarlıq nümayiş etdirsə də, sonda daha təcrübəli danimarkalılar 40-17 hesabı ilə qalib gəlmışlər.